№ 387 10 dekabr 2025-ci il, Bakı şəhəri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 aprel tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 aprel tarixli 57 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 371 (Cild I); 2024, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Naxçıvan Muxtar Respublikasının arxiv idarələri” hissəsi ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

