№ 134 Bakı şəhəri, 24 aprel 2025ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 63 (Cild I); 2024, № 3, maddə 358, № 9, maddə 1106) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 10.1.1-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 10.1.2-ci, 10.1.3-cü yarımbəndlər ləğv edilsin.
2. 10.2-ci bəndə “müraciət üçün” sözlərindən sonra “bu tibbi xidmətlər üzrə tarifin” sözləri əlavə edilsin və həmin bənddə “manat” sözü “faiz həcmində” sözləri ilə əvəz edilsin.
3. 11.1-ci bəndə “göstərilən” sözündən sonra “planlı” sözü əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri