№ 127 Bakı şəhəri, 23 aprel 2025-ci il
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının 3.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 41 (Cild I) ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında çalışan diplomatik xidmət əməkdaşlarının yaşayış yeri ilə təminatı normaları”nın “Diplomatik xidmət əməkdaşları” sütununda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü sətirdən “, hərbi attaşe (nümayəndə)” sözləri çıxarılsın;
2.2. 5-ci sətirdən “hərbi attaşenin (nümayəndənin) baş köməkçisi,” sözləri çıxarılsın;
2.3. 6-cı sətirdən “hərbi attaşenin (nümayəndənin) köməkçisi,” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1111 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin 5.25.4-cü və 5.10-cu bəndləri ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 24 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 193 (Cild I) 2ci hissəsi ləğv edilsin.
5. “Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 oktyabr tarixli 430 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1893 (Cild I) ləğv edilsin.
6. Bu Qərar 2025ci il aprelin 1dən tətbiq edilir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri