№ 74 Bakı şəhəri, 12 mart 2025-ci il
“Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və kursantlar istisna olmaqla) aylıq pul təminatının, ərzaq payı əvəzinə pul kompensasiyasının və mülki işçilərinin əməkhaqlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 15 sentyabr tarixli 213-25 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2018-ci il 17 iyul tarixli 305-23 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 2 may tarixli 205-10 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 10 may tarixli 215-12 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə” 2019-cu il 10 iyun tarixli 263 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 391 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında” 2025-ci il 27 yanvar tarixli 296 nömrəli Fərmanının 3-cü hissəsinin və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 303 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 391 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1545 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur, məxfi);
1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur, məxfi).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri