Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 42 Bakı şəhəri, 21 fevral 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1354 (Cild I); 2024, № 3, maddə 359, № 7, maddə 930) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci, 1.7-ci, 1.8-ci bəndlər ləğv edilsin.

2. 2.1-ci bəndin dördüncü abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və beşinci abzas ləğv edilsin.

3. 3.2-ci bənd üzrə:

3.1. 3.2-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Vergi ödəyicilərinin ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən ƏDV-nin depozit hesabından vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün vergi öhdəliklərinin yaranması ardıcıllığına uyğun olaraq ödəniş tapşırığı, dövlət büdcəsinə ödənilmiş vəsaitlərə dair “Kassa xərclərinin sifarişi” (2 nömrəli əlavə) və “ƏDV-nin depozit hesabı üzrə məxaric vəsaitləri haqqında” Reyestr (3 nömrəli əlavə) elektron imzalarla təsdiq edilərək elektron formada saat 14:30-dək DXA-ya təqdim edilir.”.;

3.2. ikinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Kassa xərclərinin sifarişi” (2 nömrəli əlavə) DXA tərəfindən elektron imza ilə təsdiq edildikdən sonra təsdiq barədə məlumat növbəti iş günündə elektron formada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilir.”.

4. 4.6-cı bəndin ikinci abzasında “11:30-dək” sözləri “14:15-dək” sözləri ilə və üçüncü abzasında “11:30-dan” sözləri “14:15-dən” sözləri ilə əvəz edilsin.

5. Həmin Qaydalara 4 nömrəli əlavənin adında “vergi-hesab fakturası” sözləri “qaimə-faktura” sözləri ilə əvəz edilsin və “Əlavə № 4” sözlərindən sonra abzasdan “ƏDV-nin sub-uçot hesabının hərəkəti” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları