№ 24 Bakı şəhəri, 19 fevral 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə”
2012-ci il 12 dekabr tarixli 310 nömrəli, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 2013-cü il 3 may tarixli 75 nömrəli, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 2015-ci il 3 avqust tarixli 272 nömrəli, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə” 2020-ci il 21 dekabr tarixli 502 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 dekabr tarixli 310 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1374 (Cild I) 1-ci və 2-ci hissələrində ismin müvafiq hallarında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
2. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 may tarixli 75 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 564 (Cild I) 1-ci və 2-ci hissələrində ismin müvafiq hallarında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
3. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 avqust tarixli 272 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 958 (Cild I) 1-ci və 2-ci hissələrində ismin müvafiq hallarında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
4. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 dekabr tarixli 502 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1603 (Cild I) 1-ci və 2-ci hissələrində ismin müvafiq hallarında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri