Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 528    Bakı şəhəri, 18 dekabr 2024-cü il

“Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması, monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Bazar monitorinqinin nəticələrinə dair aktın forması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Bazar monitorinqinin nəticələrinə dair aktın tərtib edilməsi Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları