№ 522 Bakı şəhəri, 11 dekabr 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının 3.3-cü bəndinin və “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” 2024-cü il 21 noyabr tarixli 368 nömrəli Sərəncamının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədilə və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci iI 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 448, 469, № 7, maddələr 895, 915, № 8, maddə 996 ) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissəyə aşağıdakı məzmunda iyirmi ikinci – iyirmi beşinci abzaslar əlavə edilsin:
“4-21/ Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi
4-22/ Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi
4-23/ Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi
4-24/ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi”.
2. 5-ci hissəyə aşağıdakı məzmunda səksən altıncı – yüz yetmişinci abzaslar əlavə edilsin:
“5-85/ Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsi
5-86/ Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsi
5-87/ Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsi
5-88/ Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsi
5-89/ Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsi
5-90/ Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsi
5-91/ Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsi
5-92/ Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi
5-93/ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi
5-94/ Bakı şəhəri Xətai Rayon Məhkəməsi
5-95/ Bakı şəhəri Xəzər Rayon Məhkəməsi
5-96/ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi
5-97/ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi
5-98/ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi
5-99/ Bakı şəhəri Nizami Rayon Məhkəməsi
5-100/ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi
5-101/ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
5-102/ Bakı şəhəri Səbail Rayon Məhkəməsi
5-103/ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi
5-104/ Bakı şəhəri Yasamal Rayon Məhkəməsi
5-105/ Abşeron Rayon Məhkəməsi
5-106/ Ağcabədi Rayon Məhkəməsi
5-107/ Ağdam Rayon Məhkəməsi
5-108/ Ağdaş Rayon Məhkəməsi
5-109/ Ağstafa Rayon Məhkəməsi
5-110/ Ağsu Rayon Məhkəməsi
5-111/ Astara Rayon Məhkəməsi
5-112/ Balakən Rayon Məhkəməsi
5-113/ Beyləqan Rayon Məhkəməsi
5-114/ Bərdə Rayon Məhkəməsi
5-115/ Biləsuvar Rayon Məhkəməsi
5-116/ Cəbrayıl Rayon Məhkəməsi
5-117/ Cəlilabad Rayon Məhkəməsi
5-118/ Daşkəsən Rayon Məhkəməsi
5-119/ Füzuli Rayon Məhkəməsi
5-120/ Gədəbəy Rayon Məhkəməsi
5-121/ Gəncə Şəhər Məhkəməsi
5-122/ Goranboy Rayon Məhkəməsi
5-123/ Göyçay Rayon Məhkəməsi
5-124/ Göygöl Rayon Məhkəməsi
5-125/ Hacıqabul Rayon Məhkəməsi
5-126/ Xaçmaz Rayon Məhkəməsi
5-127/ Xankəndi Şəhər Məhkəməsi
5-128/ Xızı Rayon Məhkəməsi
5-129/ Xocalı Rayon Məhkəməsi
5-130/ Xocavənd Rayon Məhkəməsi
5-131/ İmişli Rayon Məhkəməsi
5-132/ İsmayıllı Rayon Məhkəməsi
5-133/ Kəlbəcər Rayon Məhkəməsi
5-134/ Kürdəmir Rayon Məhkəməsi
5-135/ Qax Rayon Məhkəməsi
5-136/ Qazax Rayon Məhkəməsi
5-137/ Qəbələ Rayon Məhkəməsi
5-138/ Qobustan Rayon Məhkəməsi
5-139/ Quba Rayon Məhkəməsi
5-140/ Qubadlı Rayon Məhkəməsi
5-141/ Qusar Rayon Məhkəməsi
5-142/ Laçın Rayon Məhkəməsi
5-143/ Lerik Rayon Məhkəməsi
5-144/ Lənkəran Rayon Məhkəməsi
5-145/ Masallı Rayon Məhkəməsi
5-146/ Mingəçevir Şəhər Məhkəməsi
5-147/ Naftalan Şəhər Məhkəməsi
5-148/ Neftçala Rayon Məhkəməsi
5-149/ Oğuz Rayon Məhkəməsi
5-150/ Saatlı Rayon Məhkəməsi
5-151/ Sabirabad Rayon Məhkəməsi
5-152/ Salyan Rayon Məhkəməsi
5-153/ Samux Rayon Məhkəməsi
5-154/ Siyəzən Rayon Məhkəməsi
5-155/ Sumqayıt Şəhər Məhkəməsi
5-156/ Şabran Rayon Məhkəməsi
5-157/ Şamaxı Rayon Məhkəməsi
5-158/ Şəki Rayon Məhkəməsi
5-159/ Şəmkir Rayon Məhkəməsi
5-160/ Şirvan Şəhər Məhkəməsi
5-161/ Şuşa Rayon Məhkəməsi
5-162/ Tərtər Rayon Məhkəməsi
5-163/ Tovuz Rayon Məhkəməsi
5-164/ Ucar Rayon Məhkəməsi
5-165/ Yardımlı Rayon Məhkəməsi
5-166/ Yevlax Rayon Məhkəməsi
5-167/ Zaqatala Rayon Məhkəməsi
5-168/ Zəngilan Rayon Məhkəməsi
5-169/ Zərdab Rayon Məhkəməsi”.
3. 9-cu hissənin üçüncü abzası və 13-cü hissənin on doqquzuncu abzası ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri