№ 453 Bakı şəhəri, 15 oktyabr 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127, № 2, maddə 244, № 4, maddə 465; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 iyul tarixli 330 nömrəli və 17 iyul tarixli 342 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 6401 10 000 0, 6402 91 100 0, 6402 99 050 0 və 6403 40 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (30.06.2026-cı il tarixinədək 1 cüt üçün 9 ABŞ dolları)” sözləri ilə əvəz edilsin.
2.Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri