Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 432 Bakı şəhəri, 20 sentyabr 2024-cü il

“Xınalıq və Köç yolu” Dövlət Ta­rix-Mədəniyyət və Etnoqrafiya Qoru­ğunun Əsasnaməsinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının “Xı­nalıq” Dövlət tarix-memarlıq və etnoq­rafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəş­gah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edil­məsi haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoq­rafiya Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 sentyabr tarixli 4082 nömrəli Sərəncamının 2.2-ci və 2.3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qə­rara alır:

1. “Xınalıq və Köç yolu” Dövlət Ta­rix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının “Xı­nalıq” Dövlət tarix-memarlıq və etnoq­rafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 867 (Cild I) aşağıdakı dəyişiklik­lər edilsin:

2.1. adından “Xınalıq” Dövlət ta­rix-memarlıq və etnoqrafiya qoruğunun,” sözləri çıxarılsın;

2.2. 1-ci hissədən “Azərbaycan Res­publikasının “Xınalıq” Dövlət tarix-me­marlıq və etnoqrafiya qoruğunun Əsas­naməsi”,” sözləri çıxarılsın;

2.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qo­ruğunun Əsasnaməsi” ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları