Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 425 Bakı şəhəri, 17 sentyabr 2024-cü il

İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd forması­na keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikası­nın Vergi Məcəlləsində, Azərbaycan Res­publikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkət­ləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxs­lərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”­nin təsdiq edilməsi barədə”, “Dövlət qullu­ğu haqqında”, “Azərbaycan Respublikası­nın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığor­ta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarix­li 1195-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respub­likası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli 176 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Ka­bineti qərara alır: 

Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin (əsas və əlavə şərtləri barədə məlumatlar tam daxil edilməklə) işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi mər­hələləri aşağıdakı kimi müəyyən edilsin:

1. Azərbaycan Respublikasının döv­lət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, döv­lət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yan­varadək.

2. İri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyek­ti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək.

3. Ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları