Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 424 Bakı şəhəri, 17 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Döv­lət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nda dəyi­şiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 22 iyun tarixli 212 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 802 (Cild I) ilə təsdiq edilmiş “Dövlət ümu­mi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na aşağıdakı məzmunda 9-11-ci hissələr əlavə edilsin:

“9. Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəb­lərinin, inteqrasiya təlimli təhsil müəs­sisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı aşağıdakı qaydada müəyyənləşdirilir:

9.1. eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün - 8 nəfər;

9.2. eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər üçün - 10 nəfər; 

9.3. nitq pozuntuları olan şəxslər üçün - 12 nəfər;

9.4. görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün - 12 nəfər;

9.5. əqli (psixi) pozuntuları (əqli gerili­yi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar) olan şəxslər üçün - 10 nəfər; 

9.6. emosional-iradi sahədə və davra­nışında çatışmazlıq olan şəxslər üçün - 12 nəfər;

9.7. dayaq-hərəkət aparatının funksi­yalarının pozuntuları və skolioz xəstəliyi olan şəxslər üçün - 10 nəfər; 

9.8. xroniki somatik xəstəlikləri olan şəxslər üçün - 10 nəfər;

9.9. mürəkkəb çatışmazlıqları olan şəxslər üçün - 6 nəfər.

10. Əqli geriliyi və ya fiziki çatışmaz­lığı olan şagirdlər üçün əmək təlimi və istehsalat hazırlığı sinifləri 5 nəfərdən az olmamaqla komplektləşdirilir.

11. Ümumi təhsil müəssisələrində təş­kil edilən inklüziv təhsil sinfi 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komp­lektləşdirilir.”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları