Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 369                                                                                                           Bakı şəhəri, 30 iyul 2024-cü il

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının ləğv edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53 (Cild I) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.5-ci bəndin birinci abzasına “döyüşçülərin” sözündən sonra “(şəhid statusu almış şəxslər istisna olmaqla)” sözləri, “(ərləri)” sözündən sonra isə “və övladları” sözləri əlavə edilsin;

1.2. 1.10-cu bəndin birinci abzasına “döyüşçülərin” sözündən sonra “(şəhid statusu almış şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.3. 1.11-ci bənd ləğv edilsin;

1.4. 1.16-cı bəndin birinci abzasından “ailəsi” sözü çıxarılsın.

2. “Azərbaycan Respublikasında istehsal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aksiz dərəcələrinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 may tarixli 85 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 555 (Cild I) adına və 1-ci hissəsinə “avtomobillərinə,” sözündən sonra “avtobuslara, motosikletlərə,” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1354 (Cild I); 2024, № 3, maddə 359) ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175-ci maddəsində başqa hal nəzərdə tutulmadıqda ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına və ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur.”.

4. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 iyun tarixli 320 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1.4.5.1.2-ci və 1.1.4.5.2.2-ci yarımmaddələrdə “etil (qida) spirti” sözləri “İçməli spirt” sözləri ilə əvəz edilsin;

4.2. 1.1.4.5.1.3-cü və 1.1.4.5.2.3-cü yarımmaddələrə “Pivə” sözündən sonra “(alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər” sözləri əlavə edilsin;

4.3.  1.1.4.5.1.5-ci və 1.1.4.5.2.5-ci yarımmaddələrə “məmulatları” sözündən sonra “və onların əvəzediciləri” sözləri əlavə edilsin;

4.4. 1.1.4.5.1.7-ci yarımmaddədə “Alkoqollu energetik” sözləri “Energetik” sözü ilə əvəz edilsin;

4.5. 1.1.4.5.1.8-ci yarımmaddə aşağıdakı redaksiyada verilsin:

1
1
4
5
1
8
Sair məhsullar
 

 

4.6. 1.1.4.5.1.9-cu yarımmaddə ləğv edilsin;

4.7. 1.1.4.5.2.6-cı yarımmaddəyə “avtomobillərinə” sözündən sonra “, dövlət qeydiyyatına alınmalı olan motosikletlərə” sözləri əlavə edilsin;

4.8. 1.1.4.5.2.7-ci yarımmaddəyə “məmulatlarına” sözündən sonra “, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza” sözləri əlavə edilsin;

4.9. 1.1.4.5.2.8-ci yarımmaddə aşağıdakı redaksiyada verilsin:

1
1
4
5
2
8
Energetik içkilər
 

 

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1445 (Cild I); 2024, № 1, maddə 122, № 2 maddə 200, № 3 maddə 359) ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.2-ci bənddə (birinci halda), 1.3-cü bənddə və 8.3.1-ci yarımbənddə “qeydiyyatı” sözü “uçotu” sözü ilə əvəz edilsin;

5.2. 1.4.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.4.1. NKA - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq və ya kompüter sistemləri.

NKA-lar aşağıdakı qruplara (kateqoriyalara) bölünür:”;

5.3. 1.4.6-cı yarımbənddə “müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş” sözləri “vergi orqanında uçota alınmış” sözləri ilə əvəz edilsin;

5.4. 1.4.7-ci yarımbənddə “qeydiyyatı və qeydiyyatdan çıxarılması” sözləri “vergi orqanında uçota alınması və uçotdan çıxarılması” sözləri ilə əvəz edilsin;

5.5. 7.2.15-ci yarımbənddə “qeydiyyata alındıqda, qeydiyyatdan çıxarıldıqda” sözləri “uçota alındıqda, uçotdan çıxarıldıqda” sözləri ilə əvəz edilsin;

5.6. 7.2.26-cı yarımbənddə “qeydiyyatdan” sözü “uçotdan” sözü ilə əvəz edilsin;

5.7. 7.2.28-ci yarımbənddə “müvafiq qanunvericiliyə əsasən qeydiyyata alınmamış” sözləri “vergi orqanlarında uçota alınmamış” sözləri ilə əvəz edilsin;

5.8. 8.2.1-ci yarımbənddə “vergi orqanları ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi” sözləri “vergi orqanlarında müəyyən edilmiş qaydada uçota alınması” sözləri ilə əvəz edilsin;

5.9. 8.3.6-cı yarımbənddə “qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını sözləri “uçota alınmasını və uçotdan çıxarılmasını” sözləri ilə əvəz edilsin;

5.10. 8.3.7-ci yarımbənddə “vergi orqanlarında qeydiyyatdan keçmiş” sözləri “dövlət reyestrinə daxil edilmiş” sözləri ilə əvəz edilsin;

5.11. 10.1.4-cü yarımbənddə “qeydiyyata” sözü “vergi orqanlarında uçota” sözləri ilə əvəz edilsin;

5.12. 11.2.2-ci yarımbənddə “NKA-nın qeydiyyatının ləğv edilməsi barədə” sözləri “NKA modelinin dövlət reyestrindən çıxarılması barədə” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 191 (Cild I); 2024, № 3, maddə 359) ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1 1.3-cü bəndə “rəsmiləşdirilməsinə” sözündən əvvəl “və ya avans alınmasının” sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 2.2.12-ci yarımbənd əlavə edilsin:

“2.2.12. alınmış avans ödənişləri barədə (12 nömrəli əlavə).”;

6.3. 2.3-cü bənddə “və 2.2.9-cu yarımbəndlərində” sözləri “, 2.2.9-cu və 2.2.12-ci yarımbəndlərində” sözləri ilə əvəz edilsin;

6.4. aşağıdakı məzmunda 2.4.8-ci yarımbənd əlavə edilsin:

“2.4.8. bu Qaydaların 2.2.1-ci və 2.2.5-ci yarımbəndlərində nəzərdə tutulan elektron qaimə-fakturalar tərtib edilərkən bu Qaydaların 2.2.12-ci yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura (fakturalar) mövcud olduqda həmin elektron qaimə-fakturanın (fakturaların) seriyası, nömrəsi və tarixi.”;

6.5. aşağıdakı məzmunda 2.17-3-cü bənd əlavə edilsin:

“2.17-3. Mallar (işlər, xidmətlər) təqdim edilmədən alınmış avans ödənişlərinə görə avansı əldə etmiş vergi ödəyiciləri tərəfindən bu Qaydaların 2.2.12-ci yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura tərtib edilərək göndərilir. Alınmış avans ödənişlərinə görə mallar (işlər, xidmətlər) təqdim edildikdə bu Qaydaların 2.2.1-ci və ya 2.2.5-ci yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura tərtib edilərək göndərilir. Bu Qaydaların 2.2.12-ci yarımbəndində nəzərdə tutulan elektron qaimə-fakturanın tərtib edilməsi zamanı bu Qaydaların 2.3.8 - 2.3.26–cı yarımbəndləri üzrə məlumatlar doldurularkən yalnız alınmış avans ödənişləri üzrə təqdim ediləcək mallar, işlər və xidmətlər barədə məlumatlar qeyd edilməlidir.”;

6.6. aşağıdakı məzmunda 3.7.11-ci yarımbənd əlavə edilsin:

“3.7.11. alınmış avans ödənişləri üzrə avansın alındığı gün.”;

6.7. 1 və 5 nömrəli əlavələr yeni redaksiyada verilsin və yeni məzmunda 12 nömrəli əlavə edilsin (əlavə olunur).

7. “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 689 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

7.1. adından və 1-ci hissəsindən “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözləri çıxarılsın;

7.2. 2-ci hissədə “2024-cü” sözləri “2027-ci” sözləri ilə əvəz edilsin;

7.3. həmin Qərarla təsdiq edilmiş “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın “II. Yem əlavələri”nin 1-ci və 2-ci hissələrində “Heyvandarlıqda və quşçuluqda yem” sözləri “Yem” sözü ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 311 (Cild I); 2024, № 3, maddə 302) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.1.8-ci yarımbənddə, həmin Qaydalara əlavə - “Aksiz markalarına və məcburi nişanlamaya dair ümumi tələblər”in 6-cı hissəsinin və 6.2-ci bəndinin birinci abzasında, 6.2.1-ci yarımbəndində, 7-ci hissəsinin birinci və ikinci abzaslarında və həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Siyahısı”nın 2.4-cü bəndində “qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları” sözləri “alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar” sözləri ilə əvəz edilsin;

8.2. 6.7-ci bəndə “təsdiq olunması” sözlərindən sonra “(6.7-1-6.7-3-cü bəndlərdə nəzərdə tutulan hallar istisna olmaqla)” sözləri əlavə edilsin;

8.3. aşağıdakı məzmunda 6.7-1-6.7-3-cü bəndlər əlavə edilsin:

“6.7-1. Bu Qaydaların 2.1.5-2.1.9-cu yarımbəndlərində qeyd edilən mallara tətbiq olunan məcburi nişanlanmanın alınması üçün sifarişçi tərəfindən 6.2-ci bəndin tələbləri təmin olunduqda, Xidmət Sistem vasitəsilə aksizi ödəmək vəzifəsi barədə sifarişçiyə 6.7-ci bənd ilə müəyyən olunmuş müraciətə baxılma müddətində məlumat verir.

6.7-2. Qərarın qəbul edilməsi üçün aksiz bu Qaydaların 6.7-1-ci bəndinə uyğun olaraq, Xidmət tərəfindən verilən məlumat alındığı tarixdən 3 (üç) iş günü ərzində sifarişçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd vergi orqanına təqdim olunur.

6.7-3. Bu Qaydaların 2.1.5-2.1.9-cu yarımbəndlərində qeyd edilən mallara tətbiq olunan məcburi nişanlanmanın alınması üçün aksizin ödənilməsi faktını təsdiq edən sənəd Xidmətə təqdim edildikdən sonra markaların alınması üçün sifarişin təsdiq olunması barədə 2 (iki) iş günü müddətində qərar qəbul edilir və Sistem vasitəsilə sifarişçiyə məlumat verilir.”;

8.4. 6.8-ci bənddə “və ya 6.5-ci” sözləri “, 6.5-ci və 6.7-1-6.7-3-cü” sözləri ilə əvəz edilsin. 

9. “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1467 (Cild I); 2024, № 3, maddə 340) aşağıdakı dəyişikliklər edilsin:

9.1. adına və 1-ci hissəsinə “çıxarılması” sözündən sonra “, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi” sözləri əlavə edilsin;

9.2. həmin Qərarla təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydası üzrə:

9.2.1. adına və 1.1-ci bəndə “çıxarılması” sözündən sonra “, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi” sözləri əlavə edilsin.

9.2.2. aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:

“1.7-1. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən Vergi Məcəlləsinin 169-cu maddəsi ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.”;

9.2.3. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Qeyri-rezidentin ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi

3-1.1. Qeyri-rezidentin Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyatı vergi uçotuna alındığı tarixdən qüvvəyə minir.

3-1.2. Qeyri-rezident Azərbaycan Respublikasında vergi orqanında uçotda olan şəxs kimi fəaliyyətə başladığı tarixdən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş formada platforma üzərindən Vergi Məcəlləsinə uyğun olaraq ƏDV bəyannaməsini təqdim edir və vergini büdcəyə ödəyir.

3-1.3. Təqdim edilmiş bəyannamədə ziddiyyət və ya səhv aşkar edildikdə, Dövlət Vergi Xidməti qeyri-rezidentdən əlavə məlumat, sənəd və izahat tələb edir. Sənədlər, məlumatlar və izahatlar üzrlü səbəb olmadan təqdim edilmədikdə vergi orqanının Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən vergiləri hesablamaq hüququ vardır.

3-1.4. Qeyri-rezident vergini bu Qaydanın 2.7.9-cu yarımbəndinə uyğun olaraq seçdiyi valyutada ödəyir. Xarici valyuta ilə aparılan ödəniş onun həyata keçirildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

3-1.5. Azərbaycan Respublikasında vergilərin ödənilməsi ilə bağlı ödənişlərin köçürüləcəyi hesaba dair məlumatlar platformada əks etdirilir.

3-1.6. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq, vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə qeyri-rezidentdən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.”.

10. “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 211 (Cild I) ləğv edilsin.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları