Azərbaycan boksçusu Paris Olimpiadasının finalına vəsiqə qazanıb

post-img

Azərbaycanın boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

XQ xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda İspaniya təmsilçisi Enmanuel Reyes Pla ilə qarşılaşıb.

Rəqibinə qalib gələn boksçumuz həlledici döyüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Lazizbek Mullojonov (Özbəkistan) - Davlat Boltayev (Tacikistan) cütünün qalibi olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, A.Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

İdman