Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 372                                              Bakı şəhəri, 1 avqust 2024-cü il

“Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarının ləğv edilməsi haqqında

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr  tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təbii inhisar subyektlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 884 (Cild I) ləğv edilsin.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları