Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 370                                               Bakı şəhəri, 30 iyul 2024-cü il

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılması Qaydası”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 189 (Cild I); 2024, № 3, maddə 294) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.7-ci bənddən “və ailə münasibətlərinin bərpa olunmasına” sözləri çıxarılsın, həmin bənddə “əziyyət çəkən” sözləri “zərər çəkmiş” sözləri ilə əvəz edilsin və “müdafiəsi” sözündən sonra “o cümlədən qanunda nəzərdə tutmuş hallarda uşağın valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması” sözləri əlavə edilsin;

1.2. 4.1-ci bənddə “biri” sözü “biri və ya bir neçəsi” sözləri ilə əvəz edilsin; 

1.3. 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərdən “ilə bağlı hərəkətlər” sözləri çıxarılsın;

1.4. 4.1.5-ci yarımbəndə “sığınacaqla” sözündən əvvəl “müvəqqəti” sözü əlavə edilsin;

1.5. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.1. Qanunun 11-ci maddəsinə əsasən məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, yerli icra hakimiyyəti orqanları tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir”;

1.6. 5.2-ci bənddə “30 (otuz)” sözləri “60 (altmış)” sözləri ilə əvəz edilsin;

1.7. 5.4-cü bəndə “Xəbərdarlıq edilməsindən” sözlərindən sonra “və qısamüddətli mühafizə orderinin verilməsindən” sözləri əlavə edilsin; 

1.8. 5.5-ci bənddən “ilə bağlı hərəkətlər” sözləri çıxarılsın və həmin bəndə “şəxsin” sözündən sonra “xəbərdarlığa və” sözləri əlavə edilsin;

1.9. 5.6-cı bənddə “qadağan edilə bilər” sözləri “qadağan edilir” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 aprel tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 398 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bənddə “şəxslərə (bundan sonra - zərər çəkmiş şəxslər)” sözləri “şəxslərin (bundan sonra - zərər çəkmiş şəxslər) müvəqqəti sığınacaqla təmin edilməsi, habelə onlara” sözləri ilə əvəz edilsin;

 2.2. 3.7-ci bəndin birinci cümləsinə “sığınacaqla” sözündən əvvəl “müvəqqəti” sözü əlavə edilsin, ikinci cümləsində “Sığınacaqla” sözü “Müvəqqəti sığınacaqla” sözləri ilə əvəz edilsin, üçüncü cümləsinə “sığınacaqda” sözündən əvvəl “müvəqqəti” sözü əlavə edilsin”;

 2.3. 3.9-cu bəndin birinci cümləsinə “sığınacaqla” və ikinci cümləsinə “sığınacaqda” sözündən əvvəl “müvəqqəti” sözü əlavə edilsin”;

2.4. 3.11-ci bəndə “sığınacaqla” sözündən əvvəl “müvəqqəti” sözü əlavə edilsin;

2.5. 3.14-cü bəndə “sığınacaqdan” sözündən əvvəl “müvəqqəti” sözü əlavə edilsin. 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457 (Cild I); 2024, № 1, maddə 110) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi qaydası”nın 2.7.4-cü yarımbəndinə “sığınacağa” sözündən əvvəl “müvəqqəti” sözü əlavə edilsin.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları