Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 331 Bakı şəhəri, 9 iyul 2024-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilmə­si, hesablanması, yenidən hesab­lanması, bir növdən başqa növə ke­çirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Hərbi qulluqçu­ların statusu haqqında”, “Hərbi xidmət­keçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xid­mət haqqında” Azərbaycan Respublika­sının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I); 2024, № 1, maddə 98, № 3, maddə 301) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, he­sablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənil­məsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.10-cu bənddə “20 ildən” sözlə­ri “25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasi­bətdə 20 ildən)” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:

“5.11. Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini ta­mamlamamış aşağıdakı hərbi qulluqçu­lara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:

5.11.1. 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;

5.11.2. 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hər­bi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış.”.

2. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları