Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 332 Bakı şəhəri, 9 iyul 2024-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkə­sinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1562 (Cild I); 2024, № 2, maddə 231, № 3, maddə 333) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alma­sı Qaydası”na 7 nömrəli əlavə - “Tras­sanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) Siyahısı”na aşağıdakı məz­munda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş nazir

Nazirlər kabinetinin qərarları