Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 296 Bakı şəhəri, 7 iyun 2024-cü il 

“Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngə­zur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgü­sü”nün təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezi­dentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aka­demik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə”nin 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatını nəzərə alaraq, Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

“Akademik Həsən Əliyev adına Azər­baycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” əlavə olunmuş xə­ritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilsin:

1. Xüsusi mühafizənin hüquqi reji­mi tətbiq edilən zona (qoruq rejimi) – 15652,53 hektar.

2. Təsərrüfat fəaliyyətinin tənzim­lənən rejimi tətbiq edilən zona – 26997,87 hektar.

3. Turizm və rekreasiya zonası – 124,82 hektar.

4. Turistlərə və başqalarına xidmət göstərilən zona – 4,40 hektar.

5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası – 0,23 hektar.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları