Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№  274   Bakı şəhəri,  22  may  2024-cü il

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında  

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 avqust tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1443 (Cild I); 2024, № 3, maddə 328) ilə təsdiq edilmiş “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4. Şəhadətnamənin alınması üçün ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

1.2. 4.1-ci bəndin ikinci cümləsində “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il      30 avqust tarixli 321 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1457 (Cild I) ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin: 

“2.5-1. Yaşıllıqların götürülməsi barədə müraciətə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

2.2.             2.8-ci bəndin birinci cümləsinə birinci halda “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 2.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

3.                 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il       8 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 290 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisə-lərinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1.            aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

3.2.             2.2-ci bənddə “Əcnəbilər” sözü “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan), bu mümkün olmadığı hallarda ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olmadıqda əcnəbilər” sözləri ilə əvəz edilsin; 

3.3.             6.1-ci və 6.3-cü bəndlərin birinci cümlələrinə “təqdim etməklə” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

4.                 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il       8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 291 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisə-lərinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1.             aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

4.2.            2.2-ci bənddə “Əcnəbilər” sözü “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan), bu mümkün olmadığı hallarda ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olmadıqda əcnəbilər” sözləri ilə əvəz edilsin;

4.3.            6.1-ci və 6.3-cü bəndlərin birinci cümlələrində “təqdim etməklə” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

5.                Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il        8 fevral tarixli  39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1.             aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

5.2.             2.2-ci bənddə “Əcnəbilər” sözü “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan), bu mümkün olmadığı hallarda ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olmadıqda əcnəbilər” sözləri ilə əvəz edilsin;

5.3.             6.1-ci və 6.3-cü bəndlərin birinci cümlələrində “təqdim etməklə” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

6.                Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il        8 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 293 (Cild I); 2024, № 3, maddə 307) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1.             aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

6.2.            2.2-ci bənddə “Əcnəbilər” sözü “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə, bu mümkün olmadığı hallarda müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olmadıqda əcnəbilər” sözləri ilə əvəz edilsin;

6.3.             6.1-ci və 6.3-cü bəndlərin birinci cümlələrində “təqdim etməklə” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

 

7.                 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il       8 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 294 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qayda-ları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1.             aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

7.2.             2.2-ci bənddə “Əcnəbilər” sözü “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan), bu mümkün olmadığı hallarda ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olmadıqda əcnəbilər” sözləri ilə əvəz edilsin;

7.3.             6.1-ci və 6.3-cü bəndlərin birinci cümlələrində “təqdim etməklə” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

8.                Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il        2 iyun tarixli 243 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1220 (Cild I); 2024, № 3, maddə 331) ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 5.2-1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.2-1. Bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

9.                 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il    11 oktyabr tarixli 416 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1881) ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”na aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

“3.3-1. Bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

10.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1891 (Cild I) ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1.         aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

“3.3-1. Uçota alınma üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

10.2.         3.5-ci bəndə “təqdim edilməsi” sözlərindən sonra “(bu Qaydanın 3.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

10.3.          3.8.2-ci yarımbəndə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın  3.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

11.             Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il   19 yanvar tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 132 (Cild I) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1.         aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

11.2.         Qaydaya əlavənin “Ərizəyə əlavə olunan sənədlər” hissəsinə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd. Ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”.

12.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 367 (Cild I) ilə təsdiq edilmiş “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”na aşağıdakı məzmunda        4.4-1-ci bənd əlavə edilsin:

“4.4-1. Ailə tipli təlim qruplarının yaradılması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

13.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 406 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1934 (Cild I) ilə təsdiq edilmiş “Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

13.1.          aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Gəmi sürücülərinin imtahanlara buraxılması üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

13.2.          3.3-cü bəndin ikinci cümləsinə (birinci halda) “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 3.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

13.3.          6.1-ci bəndin ikinci cümləsinə “təqdim etməlidir” sözlərindən sonra “(bu Qaydanın 3.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

13.4.          aşağıdakı məzmunda 6.7-1-ci bənd əlavə edilsin:

“6.7-1. Yeni sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

14.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 502 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2451 (Cild I) ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”na aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:

“3.4-1. Qeydiyyatdan keçmək üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

 

15.             Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il      27 dekabr tarixli 568 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2758 (Cild I); 2024,          № 3, maddə 298) ilə təsdiq edilmiş “Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planının razılaşdırıl-ması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

15.1.         aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

“3.3-1. Bölünmə planının razılaşdırılması üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

15.2.          3.5-ci bəndin ikinci cümləsində “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 3.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

16.             Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il    15 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 536 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”na aşağıdakı məzmunda 2.4-cü və 5.1-1-ci bəndlər əlavə edilsin:

“2.4.  Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün bu Qaydanın 2.1–2.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

5.1-1. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

17.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 766 (Cild I); 2024, № 3, maddə 352) ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyə-sindən növbəti səviyyəsinə keçid Qaydası”na aşağıdakı məzmunda 4.6-1-ci bənd əlavə edilsin:

“4.6-1. Bu Qaydanın 4.6-cı bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

18.             Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 778 (Cild I) ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

18.1.         aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. Fərdi parklanma talonu almaq üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

18.2.          2.5-ci bəndin birinci cümləsinə “təqdim olunur” sözlərindən sonra “(bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

18.3.          2.6-cı bəndə “çatışmazlıq” sözündən sonra “(bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

18.4.          2.9-cu bəndə “surətini” sözündən sonra “və ya Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə etdiyi sənədləri və ya məlumatları” sözləri əlavə edilsin.

19.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il  2 may tarixli 204 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 941 (Cild I); 2024, № 3, maddə 341) ilə təsdiq edilmiş “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası”na aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunma üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

20.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 963 (Cild I); 2024, № 3, maddə 330) ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

20.1.          3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Bu Qaydaların 3.1-ci, 3.6-cı, 3.7-ci və 3.8-ci bəndlərində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

20.2.          3.9-cu bəndə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 3.2-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

20.3.          3.12-ci bəndə “təqdim edərək” sözlərindən sonra “(bu Qaydanın 3.2-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

21.             Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 964 (Cild I); 2024, № 3, maddə 330) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

21.1.         aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

21.2.          2.5-ci bəndə və 3.9-cu bəndin birinci cümləsinə “çatışmazlıq” sözündən sonra “(bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

21.3.          3.2-ci bəndin ikinci cümləsinə “təqdim etməlidirlər” sözlərindən sonra “(bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

21.4.         4.20-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.20. Xarici ölkələrin təhsil müəssisələrində təhsil alan şəxslərin təhsil aldıqları müddətdə təhsil aldıqları ölkəyə gedib-gəlmələrinə dair təsdiqləyici sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

22.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il  22 may tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 970 (Cild I); 2024, № 3, maddə 341) ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

22.1.          aşağıdakı məzmunda 2.10-1-ci bənd əlavə edilsin:

“2.10-1. Bu Qaydaların 2.10-cu bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

22.2.          2.11-ci bəndə “çatışmazlıqların” sözündən sonra “(bu Qaydaların 2.10-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

23.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il   29 may tarixli 249 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 982 (Cild I); 2024, № 1, maddə 111) ilə təsdiq edilmiş “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”na aşağıdakı məzmunda   9.2-1-ci və 13.3-1-ci bəndlər əlavə edilsin:

“9.2-1. Rəqəmsal taxoqraf kartını almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

13.3-1. Emalatxananın hazırlığının qiymətləndirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

24.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il     6 avqust tarixli 343 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1450 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”na aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

“3.3-1. Hərracda iştirak etmək üçün bu Qaydanın 3.3-cü bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.”. 

25.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il   13 noyabr tarixli 444 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1864 (Cild I) ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

25.1.          aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

25.2.          3.6.1-ci yarımbənddə “natamam təqdim olunduqda” sözlərindən sonra “(bu Qaydaların 3.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

26.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il   27 noyabr tarixli 457 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1877 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il  2 aprel tarixli 188 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiri-cilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

26.1.          aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1.  Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

26.2.         3.4-cü bəndin birinci cümləsində “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydanın 3.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

27.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il  11 dekabr tarixli 473 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2057 (Cild I) ilə təsdiq edilmiş “Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı”nın 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin: 

“2. Bu Siyahının 1.2-ci bəndində göstərilmiş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

28.             Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il   23 mart tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 367 (Cild I) ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın 3.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“3.2. Bu Qaydanın 3.1-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

29.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il       8 iyul tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 977 (Cild I); 2024, № 1, maddələr 111, 113) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”na aşağıdakı məzmunda  2.8-1-ci bənd əlavə edilsin: 

“2.8-1. Hazırlıq üzrə məşğələlərdə iştirak etmək üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

30.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il    29 iyul tarixli 268 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 998 (Cild I); 2024, № 3, maddə 331) ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 

30.1.         2.5-ci bəndin birinci cümləsinə “əlavə etməklə” sözlərindən sonra “(bu Qaydaların 2.6-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

30.2.          aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:

“2.6-1. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

30.3.          2.8-ci bəndin ikinci cümləsinə “təqdim olunmasını” sözlərindən sonra “(bu Qaydaların 2.6-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

30.4.         2.41-ci bəndə “təqdim etməlidir” sözlərindən sonra “(bu Qaydaların 2.6-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

31.             Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il        5 avqust tarixli  279 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1097 (Cild I); 2024, № 3, maddələr 330, 353) ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

31.1.         aşağıdakı məzmunda 4.4-1-ci bənd əlavə edilsin:

“4.4-1. İlkin baxışın aparılması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

31.2.         4.7-ci bəndə “tamlığı” sözündən sonra “(bu Qaydanın    4.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

32.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il    30 sentyabr tarixli 364 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1236 (Cild I); 2024, № 2, maddə 209, № 3, maddə 341) ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na aşağıdakı məzmunda 7.9-1-ci bənd əlavə edilsin:

“7.9-1. Müsabiqədə iştirak üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

33.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il    16 oktyabr tarixli 400 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1288 (Cild I); 2024, № 3, maddə 330) ilə təsdiq edilmiş “Klinik (tibbi) psixoloqlara verilən ixtisas attestatının forması və onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 

33.1.          aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. İxtisas attestatı almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

33.2.          2.5-ci bəndin birinci cümləsinə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

34.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il       7 noyabr tarixli 447 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1391 (Cild I) ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

34.1.         aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. Bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq “Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyasına təqdim olunmalı sənədlərin Siyahısı”nın 2-5-ci hissələrində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər tibb müəssisəsindən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi tibb müəssisəsinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya tibb müəssisəsi tərəfindən təmin edilir.”;

34.2.          2.6-cı bəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

34.3.          3.2.1-ci yarımbəndə “təqdim etmək” sözlərindən sonra “(bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

35.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il    26 aprel tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 414 (Cild I); 2024, № 1, maddə 110; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 aprel tarixli 227 və 228 nömrəli qərarları)  ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın 2.4-cü bəndinə “Təqdim edilmiş” sözlərindən sonra “(bu Qaydaların 2.3-cü bəndinin ikinci cümləsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

36.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il    17 iyul tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 879 (Cild I) ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

36.1.         aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:

“2.7-1. Bu Qaydaların 2.7-ci bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

36.2.          2.10-cu bəndin üçüncü cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 2.7-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

36.3.          aşağıdakı məzmunda 3.8-1-ci bənd əlavə edilsin:

“3.8-1. Bu Qaydaların 3.8-ci bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

36.4.          3.11-ci bəndin üçüncü cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 3.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

37.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il    20 avqust tarixli 233 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 959 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası”na Əlavə - “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı üçün Ərizə”də “əlavə olunur” sözlərindən sonra “(Ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.)” sözləri əlavə edilsin.

38.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il       1 dekabr tarixli 379 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1506 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 

38.1.          həmin Qərarla təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası” üzrə:

38.1.1.     aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1.  Subsidiyanın alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar daşıyıcılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi daşıyıcıların razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya daşıyıcılar tərəfindən təmin edilir.”;

38.1.2.    4.5-ci bəndin birinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 4.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

38.2.         həmin qaydaya 1 nömrəli əlavə - “Müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı (qəsəbələrarası) və şəhərdaxili (rayon-daxili) sərnişindaşıma fəaliyyətini həyata keçirən şəxslər tərəfindən daşımada istifadə edilmiş yanacağa görə subsidiya verilməsi ilə bağlı 20___ ilin ___________ ayı üzrə Hesabat Forması”nın “Qeyd” hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Subsidiyanın alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar hesabata əlavə edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi daşıyıcıların razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya daşıyıcılar tərəfindən təmin edilir.”.

39.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il    23 dekabr tarixli 406 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1530 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. Reseptlə təmin edilmə üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar əlilliyi olan şəxslərdən və ya onların qanuni nümayəndəsindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi əlilliyi olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi tərəfindən təmin edilir.”.

40.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il       1 iyun tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 659 (Cild I); 2024, № 3, maddə 307) ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”nın 3.5-ci bəndinin ikinci cümləsinə “natamamlığı” sözündən sonra “(İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

41.             Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il     16 iyun tarixli 231 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 672 (Cild I) ilə təsdiq edilmiş “Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

41.1.          3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Bu Qaydanın 3.4-cü bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

41.2.          3.8-ci bəndin ikinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 3.6-cı bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

42.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 353 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1087 (Cild I); 2024, № 3, maddə 302) ilə təsdiq edilmiş “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 3.2-1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“3.2-1. Bu Qaydanın 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

43.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 371 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1104 (Cild I); 2024, № 3, maddə 297) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası”nın 3.7.3-cü yarımbəndinə “təqdim olunma-dıqda” sözlərindən sonra “(İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

44.              Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il         9 dekabr tarixli 439 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1543 (Cild I); 2024, № 3, maddə 302) ilə təsdiq edilmiş “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 

44.1.          2.5-ci bəndə “çatışmazlıqlar” sözündən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

44.2.          2.11-ci bəndin birinci cümləsinə “təqdim edilmədikdə” sözlərindən sonra “(İnzibati icraat haqqında” Azərbaycan Respub-likası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

44.3.          həmin Qaydaya əlavə - “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi barədə Ərizə”yə “əlavə olunur” sözlərindən sonra “(Ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.)” sözləri əlavə edilsin.

45.             Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il       28 sentyabr tarixli 347 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1368 (Cild I); 2024, № 3, maddə 312) ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

45.1.         3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4.  Bu Qaydanın 3.3-cü bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

45.2.          3.9-cu bəndin birinci cümləsində “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

45.3.          4.2-ci bənddə “təqdim edilməlidir” sözlərindən sonra “(bu Qaydanın 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

45.4.          4.4-cü bənddə “təqdim edilməklə” sözlərindən sonra “(bu Qaydanın 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

 

 

Nazirlər kabinetinin qərarları