№ 275 Bakı şəhəri, 22 may 2024-cü il
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 191 (Cild I); 2024, № 2, maddə 242) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“Bu bənddə göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 53 nömrəli Qərarı, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 242) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. “1. Müharibə veteranları” hissəsinə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:
“Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;
2.2. “2. Silahlı qüvvələrin veteranları” hissəsinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“Bu Əsasnamənin 2-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;
2.3. “3. Əmək veteranları” hissəsinə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:
“Bu Əsasnamənin 3-cü hissəsində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 605 (Cild I) ilə təsdiq edilmiş “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:
3.1. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Geoloji ayırma almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
3.2. 2.2-ci və 2.3-cü bəndlərdə “Geoloji ayırma almaq üçün” sözlərindən sonra “(bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 42 (Cild I) ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. aşağıdakı məzmunda 3.2.7-1-ci yarımbənd əlavə edilsin:
“3.2.7-1. “Dağ-mədən ayırması” almaq üçün zəruri olan sənəd-lərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
4.2. 3.2.9-cu yarımbənd üzrə:
4.2.1. birinci abzasda “çatışmamazlıqlar” sözü “çatışmazlıqlar” sözü ilə əvəz edilsin;
4.2.2. ikinci abzasda “çatışmamazlıqlar aşkar edildikdə” sözləri “çatışmazlıqlar aşkar edildikdə (bu Qaydaların 3.2.7-1-ci yarımbən-dinin tələbləri nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;
4.2.3. 3.3.1-ci yarımbəndə “sənədlər təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydaların 3.2.7-1-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 80 (Cild I) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”na aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:
“2.9-1.Təhlükəli maddə və məmulatların daşınma marşrutlarının razılaşdırılması və daşınma marşrutunun dəyişdirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 319 (Cild I); 2024, № 3, maddə 326) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
“2-1. Pul kompensasiyası üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
6.2. 3-cü hissənin birinci cümləsinə və 5-ci hissəyə “təqdim etməlidir” sözlərindən sonra “(bu Qaydanın 2-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
6.3. 4-cü hissəyə “təqdim edilməlidir” sözlərindən sonra “(bu Qaydanın 2-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 72 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 213 (Cild I) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydası”na aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 215 (Cild I) ilə təsdiq edilmiş “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasna-mə”yə aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:
“4.1-1. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar valideynlərdən və ya digər qanuni nümayəndələrdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 314 (Cild I) ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinə aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
“4-1. Evdə fərdi təhsilə cəlb edilmək üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322 (Cild I) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 9.1-1-ci bənd əlavə edilsin:
“9.1-1. Reabilitasiya mərkəzlərinə qəbul üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 450 (Cild I) ilə təsdiq edilmiş “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
11.1. aşağıdakı məzmunda 2.1-2-ci bənd əlavə edilsin:
“2.1-2. Bu Qaydaların 2.1-ci bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
11.2. 2.2-ci bəndin ikinci abzasına “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 2.1-2-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
11.3. 2.3.1-ci yarımbəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 2.1-2-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 mart tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 3, maddə 168 (Cild I) ilə təsdiq edilmiş “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları”na aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Topologiyanın dövlət qeydiyyatından keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 291 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
13.1. həmin Qərarla təsdiq edilmiş “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları” üzrə:
13.1.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
13.1.2. 2.4-cü bəndin ikinci abzasına “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.1.3. 2.5.1-ci yarımbəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.1.4. 2.7-ci bəndin dördüncü abzasının ikinci cümləsinə “sənədlər” sözündən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.1.5. 3.3-cü bəndə “təqdim edildiyi” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən əldə edildiyi)” sözləri əlavə edilsin;
13.2. həmin Qərarla təsdiq edilmiş “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqə-lərinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlan-ması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları” üzrə:
13.2.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
13.2.2. 2.4-cü bəndin ikinci abzasına “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.2.3. 2.5.1-ci yarımbəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.2.4. 2.7-ci bəndin dördüncü abzasının ikinci cümləsinə “sənədlər” sözündən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.2.5. 3.3-cü bəndə “təqdim edildiyi” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən əldə edildiyi)” sözləri əlavə edilsin;
13.3. həmin Qərarla təsdiq edilmiş “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazənin verilməsi Qaydaları” üzrə:
13.3.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
13.3.2. 2.4-cü bəndin ikinci abzasına “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.3.3. 2.5.1-ci yarımbəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.3.4. 2.7-ci bəndin dördüncü abzasının ikinci cümləsində “sənədlər” sözündən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.3.5. 3.3-cü bəndə “təqdim edildiyi” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən əldə edildiyi)” sözləri əlavə edilsin;
13.4. həmin Qərarla təsdiq edilmiş “Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları” üzrə:
13.4.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
13.4.2. 2.4-cü bəndin ikinci abzasına “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.4.3. 2.5.1-ci yarımbəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.4.4. 2.7-ci bəndin dördüncü abzasının ikinci cümləsinə “sənədlər” sözündən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
13.4.5. 3.3-cü bəndə “təqdim edildiyi” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən əldə edildiyi)” sözləri əlavə edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarında (Azərbaycan Respublika-sının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759 (Cild I); 2024, № 2, maddə 208) aşağıdakı dəyişikliklər edilsin:
14.1. həmin Qərarla təsdiq edilmiş “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi Qaydası”na aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:
“4.1-1. Ovçuluq bileti almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
14.2. həmin Qərarla təsdiq edilmiş “Ov etmək üçün icazənin verilməsi Qaydası”na aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. Ovçuluq fəaliyyətinə icazə almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
14.3. həmin Qərarla təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası”na aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Ov etməklə əlaqədar icazə almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 254 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
15.1. 4-cü hissənin yeddinci və səkkizinci abzasları səkkizinci və doqquzuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“Bu Qaydanın 1-ci hissəsi ilə müəyyən edilmiş işləri icra etmək üçün icazənin verilməsi ilə əlaqədar zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
15.2. səkkizinci abzasa “Təqdim olunmuş” sözlərindən sonra “(bu hissənin yeddinci abzasının tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 785 (Cild I) ilə təsdiq edilmiş “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
16.1. 2.6-cı bəndin səkkizinci–onuncu abzasları doqquzuncu–on birinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“Məlumat toplusunun qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
16.2. 4.6-cı bəndə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“Rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatının aparılması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
16.3. 5.1-ci bəndin ikinci cümləsinə “çatışmazlıqlar aşkar edildiyi halda” sözlərindən sonra “(bu Qaydaların 4.6-cı bəndinin altıncı abzasının tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I); 2024, № 1, maddə 116, № 2, maddə 208) aşağıdakı dəyişikliklər edilsin:
17.1. həmin Qərarla təsdiq edilmiş “İxrac nəzarətinin aparılması Qaydaları”nın 3.1.1-ci yarımbəndinə “malikdirlər” sözündən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
17.2. həmin Qərarla təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları” üzrə:
17.2.1. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
17.2.2. 2.3-cü bəndin üçüncü abzasına “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 36 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”na aşağıdakı məzmunda 1.11-1-ci və 3.2-1-ci bəndlər əlavə edilsin:
“1.11-1. İcazəni almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3.2-1. Telekommunikasiya vasitələrinin və qurğularının tikintisi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 52 (Cild I) ilə təsdiq edilmiş “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”na aşağı-dakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
“2-1. Ailə kəndli təsərrüfatının uçotu üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 192 (Cild I) ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
20.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. İpoteka kağızının dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
20.2. 2.2-ci bəndin ikinci cümləsinə “çatızmazlıq” sözündən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
20.3. 2.4-cü bəndə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
20.4. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:
“3.1-1. İpoteka kağızının əlavə dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 206 (Cild I) ilə təsdiq edilmiş “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin məzmunu və təqdim edilmə Qaydası”na aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:
“1.4. AKT üzvlərinə vəsiqələrin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 54 (Cild I); 2024, № 1, maddə 82) aşağıdakı dəyişikliklər edilsin:
22.1. həmin Qərarla təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları” üzrə:
22.1.1. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
“5-1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
22.1.2. 12-ci hissənin ikinci abzasına “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 5-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
22.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları” üzrə:
22.2.1. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
“4-1. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqinə icazə almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
22.2.2. 7-ci hissənin ikinci abzasına “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 4-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 58 (Cild I) ilə təsdiq edilmiş “Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması Qaydaları”na aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. Aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 avqust tarixli 127 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 853 (Cild I) ilə təsdiq edilmiş “Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi Qaydası”na aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Xüsusi vasitələrin əldə olunması, saxlanılması və onlardan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 134 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 859 (Cild I) ilə təsdiq edilmiş “Atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi Qaydaları və Şərtləri”nə aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 iyul tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 685 (Cild I) ilə təsdiq edilmiş “Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
26.1. aşağıdakı məzmunda 9.1-1-ci bənd əlavə edilsin:
“9.1-1. Akkreditə edilmə üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
26.2. 9.3-cü bəndə “çatışmazlıq” sözündən sonra “(bu Qaydanın 9.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 23 (Cild I) ilə təsdiq edilmiş “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
27.1. aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin:
“3.7-1. Bu Qaydaların 3.2-ci, 3.3-cü, 3.4-cü, 3.5-ci və 3.7-ci bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
27.2. 3.8-ci bəndin birinci cümləsinə birinci halda “çatışmaz-lıqlar” sözündən sonra “(bu Qaydaların 3.7-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145 (Cild I); 2024, № 1, maddə 111) aşağıdakı dəyişikliklər edilsin:
28.1. həmin Qərarla təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə” üzrə:
28.1.1. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
28.1.2. 2.4-cü bəndin birinci cümləsinə “təqdim etmədikdə” sözlərindən sonra “(bu Əsasnamənin 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
28.1.3. 2.7-ci bəndin ikinci cümləsinə “əlavə olunmaqla” sözlərindən sonra “(bu Əsasnamənin 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
28.2. həmin Qərarla təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə 1 nömrəli əlavə - “Avtovağzala (avtostan-siyaya) pasportun verilməsi üçün ərizənin Nümunəvi Forması”na aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd. Bu Ərizənin üçüncü abzasında nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 602 (Cild I); 2024, № 1, maddə 105) ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:
“3.5-1. Qəbul aktının tərtib olunması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təchizatçılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təchizatçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təchizatçılar tərəfindən təmin edilir.”.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 669 (Cild I); 2024, № 2, maddə 208) aşağıdakı dəyişikliklər edilsin:
30.1. həmin Qərarla təsdiq edilmiş “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın 3-cü hissəsinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Arıçılıq təsərrüfatlarının qeydiyyatı üçün ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
30.2. həmin Qərarla təsdiq edilmiş “Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi Qayda-sı”nın 4-cü hissəsinə “təqdim olunur” sözlərindən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 743 (Cild I) ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”na aşağıdakı məzmunda 2.3-1-ci və 4.2-1-ci bəndlər əlavə edilsin:
“2.3-1. Bu Qaydaların 2.1–2.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
4.2-1. Müqavilənin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 749 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”na aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Əmtəə nişanının geniş tanınmış kimi müəyyən edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 750 (Cild I) ilə təsdiq edilmiş “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”na aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Girov müqaviləsinin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1073 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
34.1. həmin Qərarla təsdiq edilmiş “İctimai birliklərə respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası Qaydası”na aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:
“3.1-1. Akkreditasiya olunmaq üçün ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
34.2. həmin Qərarla təsdiq edilmiş “Ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin tanınması Qaydaları”nın 3-cü hissəsinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“Ölkə ərazisində yayılan idman növünün (fənninin) tanınması üçün müraciətə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
34.3. həmin Qərarla təsdiq edilmiş “Respublika idman federasiyalarının dövlət reyestrinin aparılması Qaydaları”na aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
“3.3-1. Respublika idman federasiyası (assosiasiyası) təklif etdiyi dəyişiklikləri təsdiqləyən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 159 (Cild I) ilə təsdiq edilmiş “Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları”na aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Girov müqaviləsinin qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 553 (Cild I) ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
36.1. aşağıdakı məzmunda 2.10-1-ci bənd əlavə edilsin:
“2.10-1. Tibb mütəxəssislərinin sertifikasiyadan keçməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
36.2. 2.12-ci bəndin birinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 2.10-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695 (Cild I) 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na aşağıdakı məzmunda 3.3-1-ci, 4.2-1-ci və 6.6-2-ci bəndlər əlavə edilsin:
“3.3-1. Doktoranturaya qəbul üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
4.2-1. Doktoranturaya qəbul üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
6.6-2. Dissertantlıq yolu ilə təhsil almaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 762 (Cild I) ilə təsdiq edilmiş “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
38.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Akkreditasiya üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
38.2. 4.1.3-cü yarımbəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydanın 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 833 (Cild I) 2024, № 3, maddə 307) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
39.1. aşağıdakı məzmunda 4.10-1-ci bənd əlavə edilsin:
“4.10-1. Təhsil müəssisələrinin akkreditasiyası üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
39.2. 4.12-ci bəndə “daxil edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 4.10-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
39.3. 4.21-ci bəndin ikinci cümləsinə “natamamlıq” sözündən sonra “(bu Qaydaların 4.10-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1031 (Cild I) ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı”nın 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. Bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 236 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”na aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. Müraciətə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 441 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
42.1. həmin Qərarla təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası”na aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. Bu Qaydanın əlavəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
42.2. həmin Qərarla təsdiq edilmiş “Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası” üzrə:
42.2.1. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Pul kompensasiyası üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
42.2.2. 4-cü hissənin birinci cümləsinə və 6-cı bəndə “təqdim etməlidir” sözlərindən sonra “(bu Qaydanın 3-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
42.2.3. 5-ci hissəyə “təqdim edilməlidir” sözlərindən sonra “(bu Qaydanın 3-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 741 (Cild I) ilə təsdiq edilmiş “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
43.1. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Pul kompensasiyası üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
43.2. 4-cü hissənin birinci cümləsinə və 5-1-ci hissəyə “təqdim etməlidir” sözlərindən sonra “(bu Qaydanın 3-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
43.3. 5-ci hissəyə “təqdim edilməlidir” sözlərindən sonra “(bu Qaydanın 3-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 859 (Cild I) ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
44.1. aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:
“3.5-1. Akkreditasiya üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
44.2. 3.10-cu bəndin birinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 3.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
44.3. 4.1.1-ci yarımbəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 3.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1257 (Cild I) ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
45.1. 4.2-ci bəndə “əlavə edilməklə” sözlərindən sonra “(bu Qaydanın 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
45.2. 4.4.2-ci yarımbənddən “baxış üçün” sözləri çıxarılsın, həmin yarımbəndə “təqdim edir” sözlərindən sonra “(bu Qaydanın 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
45.3. 4.6-cı bəndə “təqdim edir” sözlərindən sonra “(bu Qaydanın 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
45.4. 4.8-ci bəndin birinci abzasına “əlavə edilməlidir” sözlərindən sonra “(bu Qaydanın 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
45.5. aşağıdakı məzmunda 4.9-cu bənd əlavə edilsin:
“4.9. Mobil cihazların qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 43 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 186 (Cild I) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
46.1. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:
“3.1-1. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
46.2. 3.3-cü bəndə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
46.3. 3.6.1-ci yarımbəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydanın 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 249 (Cild I); 2024, № 3, maddə 359) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
47.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Kredit təşkilatının Reyestrə daxil olması üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
47.2. 3.3-cü bəndə “tam” sözündən sonra “(bu Qaydanın 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 933 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırıl-ması və ləğv edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
48.1. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. İxtisas attestatının verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
48.2. 3.4-cü bəndə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 3.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1000 (Cild I); 2024, № 1, maddə 83) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:
“3.4-1. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1011 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi zamanı zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar bəyannaməçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bəyannaməçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya bəyannaməçi tərəfindən təmin edilir.”.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1018 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”na aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:
“2.6-1. Sifarişə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 dekabr tarixli 323 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1386 (Cild I) ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”na aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. Əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 332 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1394 (Cild I) ilə təsdiq edilmiş “Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:
“2.6-1. Gömrük məqsədləri üçün lazım olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 mart tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 337 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
54.1. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar istifadəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi istifadəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya istifadəçi tərəfindən təmin edilir.”;
54.2. 3.4-cü bəndə “aşkar edildikdə” sözlərindən sonra “(bu Qaydaların 3.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1028 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
55.1. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. İqtisadi operator statusunun alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
55.2. 2.4-cü bəndin ikinci cümləsində “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 2.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1030 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”na aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:
“3.5-1. Bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin gömrük ekspertizasının keçirilməsi barədə müraciətinə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 233 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1031 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:
57.1. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
57.2. 2.5-ci bəndin ikinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1125 (Cild I); 2024, № 1, maddə 74, № 2, maddə 209) ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
58.1. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
58.2. 3.3-cü bəndin ikinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 3.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
59. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1127 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”na aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:
“4.3-1. Malların məhv edilməsi zamanı gömrük rəsmiləşdiril-məsinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
60. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 6 sentyabr tarixli 251 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1131 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
60.1. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:
“2.6-1. Malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı ekvivalent mallardan istifadəyə icazə verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
60.2. 2.9-cu bəndə “riayət olunmadıqda” sözlərindən sonra “(bu Qaydaların 2.6-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
61. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 265 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1140 (Cild I) ilə təsdiq edilmiş “Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
61.1. aşağıdakı məzmunda 5.3-1-ci bənd əlavə edilsin:
“5.3-1. Təhlükəsiz ixrac sxeminin təsdiq edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
61.2. 5.5-ci bəndin üçüncü cümləsində “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 5.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
62. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1207 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”na aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
“3.3-1. Borc üzrə möhlət verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
63. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1235 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
63.1. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Mağazanın yaradılmasına icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
63.2. 2.3-cü bəndin ikinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
64. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1635 (Cild I) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
64.1. 3.5-ci bəndin birinci cümləsinə “təqdim edir” sözlərindən sonra “(bu Qaydanın 3.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
64.2. aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:
“3.5-1. Dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün bu Qaydanın 3.5-ci bəndinin birinci cümləsində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar avtonəqliyyat vasitəsinin sahibindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi avtonəqliyyat vasitəsinin sahibinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya avtonəqliyyat vasitəsinin sahibi tərəfindən təmin edilir.”;
64.3. 3.8-ci bəndin birinci cümləsinə “təqdim edir” sözlərindən sonra “(bu Qaydanın 3.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
64.4. aşağıdakı məzmunda 3.8-1-ci bənd əlavə edilsin:
“3.8-1. Dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün bu Qaydanın 3.8-ci bəndinin birinci cümləsində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar avtonəqliyyat vasitəsinin sahibindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi avtonəqliyyat vasitəsinin sahibinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya avtonəqliyyat vasitəsinin sahibi tərəfindən təmin edilir.”.
65. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 54 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5.5-ci bəndinin ikinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
66. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 yanvar tarixli 17 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 66 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar”a aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:
“2.2. Birbaşa təmsilçiliyin həyata keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar gömrük təmsilçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi gömrük təmsilçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya gömrük təmsilçisi tərəfindən təmin edilir.”.
67. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 189 (Cild I) ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
67.1. aşağıdakı məzmunda 5.4-1-ci və 12.3-1-ci bəndlər əlavə edilsin:
“5.4-1. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
12.3.-1. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə icazə verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
67.2. 5.5-ci bəndin üçüncü cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 5.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
68. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 567 (Cild I) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanları-nın işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
68.1. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:
“3.1-1. Pul kompensasiyası üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar işçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi işçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya işçi tərəfindən təmin edilir.”;
68.2. 3.2-ci bəndin birinci cümləsinə “təqdim etməlidir” sözlərindən sonra “(bu Qaydanın 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
68.3. 3.3-cü bəndə “təqdim edilməlidir” sözlərindən sonra “(bu Qaydanın 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
68.4. 3.4-cü bəndə “təqdim olunmalıdır” sözlərindən sonra “(bu Qaydanın 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
69. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 595 (Cild I) ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə aşağıdakı məzmunda 2.12-1-ci bənd əlavə edilsin:
“2.12-1. İctimai şuraya namizədliyin irəli sürülməsi ilə əlaqədar nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaş cəmiyyəti institutundan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaş cəmiyyəti institutunun razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş cəmiyyəti institutu tərəfindən təmin edilir.”.
70. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 744 (Cild I); 2024, № 3, maddə 313) ilə təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
70.1. aşağıdakı məzmunda 5.5-1-ci bənd əlavə edilsin:
“5.5-1. Bu Qaydaların 5.1–5.5-ci bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
70.2. 5.9-cu bəndin birinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydaların 5.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
70.3. “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na 4 nömrəli əlavənin “Ərizəyə aşağıda qeyd edilən sənədlər əlavə olunur:” hissəsinin 3-cü bəndindən sonra aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd. Ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlərin və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
70.4. “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na 5 nömrəli əlavənin “Ərizəyə aşağıdakı sənədləri əlavə edirəm:” hissəsindən sonra aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd. Ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlərin və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
70.5. “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na 6 nömrəli əlavənin “Ərizəyə aşağıdakı sənədləri əlavə edirəm:” hissəsindən sonra aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd. Ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlərin və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
71. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 951 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
71.1. aşağıdakı məzmunda 2.6-2-ci bənd əlavə edilsin:
“2.6-2. Bu Qaydaların 2.1-ci, 2.5-ci, 2.6-cı və 2.6-1-ci bəndlə-rində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
71.2. 5.6-cı bəndə “təqdim etməlidir” sözlərindən sonra “(bu Qaydaların 2.6-2-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
71.3. 20.1-ci bəndə “təqdim edilməsi” sözlərindən sonra “(bu Qaydaların 2.6-2-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
72. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1024 (Cild I) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
72.1. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Müsabiqədə iştirak üçün təqdim edilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
72.2. 2.3-cü bəndə “tamlığı” sözündən sonra “(bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
72.3. 3.1-ci bəndə “təqdim edilir” sözlərindən sonra “(bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
73. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1025 (Cild I) ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
73.1. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:
“4.3-1. Bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
73.2. 5.1.1-ci yarımbəndə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydanın 4.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
74. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 294 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1026 (Cild I) ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respub-likasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
74.1. aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə edilsin:
“6.3-1. Bu Qaydanın 6.2-ci və 6.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
74.2. 9.2-ci bəndə “müraciət etməlidir” sözlərindən sonra “(bu Qaydanın 6.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
75. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 16 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 62 (Cild I); 2024, № 1, maddə 83) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 4.6-1-ci bənd əlavə edilsin:
“4.6-1. Məktəbə qəbul üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”.
76. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 606 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyekt-lərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nə aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. Təbiət ərazilərindən istifadə ilə bağlı təbiət istifadəçisinin müraciətinə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təbiət istifadəçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təbiət istifadəçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təbiət istifadəçisi tərəfindən təmin edilir.”.
77. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 772 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
77.1. aşağıdakı məzmunda 2.4-cü və 3.4-cü bəndlər əlavə edilsin:
“2.4. Bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar arxeoloji qazıntılar aparan şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi həmin şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.
3.4. Bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar elmi tədqiqat işlərini yerinə yetirən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi həmin şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.”;
77.2. 4.2-ci bəndin birinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 2.4-cü və 3.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
78. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 884 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
78.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
78.1.1. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;
78.1.2. 3.5-ci bəndin ikinci cümləsinə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydaların 3.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
78.1.3. “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”na Əlavə - “Müraciətin forması”nın “Qoşma” abzasına aşağıdakı məzmunda “Qeyd.” əlavə edilsin:
“Qeyd. Müraciətə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;
78.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə – “Akkreditasiya orqanının Apellyasiya Şurasının Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
78.2.1. aşağıdakı məzmunda 4.4-1-ci bənd əlavə edilsin:
“4.4-1. Şikayətin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;
78.2.2. 4.12-ci bəndə “təqdim etmək” sözlərindən sonra “(bu Əsasnamənin 4.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
78.3. həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
78.3.1. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun fəaliyyətinin razılaşdırılması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;
78.3.2. 2.4-cü bəndin birinci cümləsinə (birinci halda) “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
78.3.3. 2.9-cu bəndin ikinci cümləsinə “əlavə olunur” söz-lərindən sonra “(bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
78.3.4. “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası”na Əlavə 1 - “Müraciətin forması”nın “Qoşma” abzasına aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd. Müraciətə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”.
79. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 893 (Cild I); 2024, № 3, maddə 328) aşağıdakı dəyişikliklər edilsin:
79.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması Qaydası”na aşağıdakı məzmunda 4.2-ci bənd əlavə edilsin:
“4.2. Dəniz limanlarının Reyestrdə dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (quru-mundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
79.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
79.2.1. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
“3.3-1. Sertifikatın alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
79.2.2. 3.5-ci bəndin birinci cümləsinə “təqdim edilir” söz-lərindən, ikinci cümləsinə isə “əlavə edir” sözlərindən sonra “(bu Qaydanın 3.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
79.2.3. 3.8-ci bəndin birinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qaydanın 3.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
79.2.4. 3.12-ci bəndə “təqdim etməlidir” sözlərindən sonra “(bu Qaydanın 3.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
80. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 avqust tarixli 287 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 972 (Cild I) ilə təsdiq edilmiş “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”na aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
81. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1238 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 aprel tarixli 188 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
81.1. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:
“3.1-1. Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
81.2. 3.2-ci bəndin birinci cümləsinə “natamam olduqda” sözlərindən sonra “(bu Qaydanın 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
82. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 may tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 945 (Cild I) ilə təsdiq edilmiş “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
82.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2. Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın alınması məqsədilə özəl hüquqi və fiziki şəxslər tərəfindən Xidmətə müraciət zamanı bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlərin və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
82.2. “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”na 1 nömrəli əlavə - “Mərzçəkmə işlərini həyata keçirən hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi haqqında Ərizə”nin (hər iki halda) “Ərizəyə əlavə olunan sənədlər” hissəsinə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd. Ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlərin və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
83. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli 368 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1593 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”na aşağıdakı məzmunda 3.2-1-ci maddə əlavə edilsin:
“3.2-1. Bu Qaydanın 3.2-ci bəndində göstərilən sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
84. “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2016, № 9, maddə 1599 (Cild I) aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
“2-1. Hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımı verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri