№ 251 Bakı şəhəri, 11 may 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 486 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 aprel tarixli 184 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın 4-cü hissəsindən “həmin altqrupun aid olduğu qrup daxilində” sözləri çıxarılsın.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri