№ 222 Bakı şəhəri, 22 aprel 2024-cü il
“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1061-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 26 yanvar tarixli 2457 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları” təsdiq edilsin (əlavə olunur).
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 aprel tarixli 222 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Ştamp
yeri
Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə (tutulmuş və ya həbs edilmiş şəxslər istisna olmaqla)
QƏBZ
Azərbaycan Respublikasının ____________________________________
______________________________________________________________________________________________________________________
(cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı)
______________________________________________________________________________________________________________________
(təhqiqatçı, müstəntiq, prokuror və ya hakimin soyadı, adı, atasının adı, vəzifəsi)
______________________________________________________________________________________________________________________
(prosessual sənədlərin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan)
______________________________________________________________________________________________________________________
(prosessual sənədin adı)
__________________________________________________________________________________________________________________________________
(prosessual sənədin verilmə vaxtı (tarix və saat), yeri)
______________________________________________________________________________________________________________________
(qəbul edən şəxsin soyadı, adı, atasının adı və imzası)
__________________________________________________________________________________________________________________________________
(ünvan sahibinin əvəzinə prosessual sənədi qəbul etmiş şəxsin soyadı, adı, atasının adı, ünvan sahibinə münasibəti və ya tutduğu vəzifəsi, imzası)
__________________________________________________________________________________________________________________________________
(prosessual sənədin verilməməsinin səbəbləri)
______________________________________________________________________________________________________________________
(prosessual sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası)
Qeyd 1. Ünvan sahibi olmadığı təqdirdə prosessual sənədin verildiyi şəxs onu mümkün olan ən qısa müddətdə ünvan sahibinə verməlidir.
Qeyd 2. Ünvan sahibi və ya digər şəxs prosessual sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarəetmə orqanı, yerli icra hakimiyyəti orqanı və ya iş yerinin müdiriyyətinin iştirakı ilə prosessual sənədin verilməməsinin səbəblərinə dair müvafiq qeydlər etdikdən sonra onu cinayət prosesini həyata keçirən orqana qaytarır. Bu halda prosessual sənəd rəsmi qaydada verilmiş hesab olunur.
Qoşma: prosessual sənədin surəti.
İmza:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 aprel tarixli 222 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Ştamp
yeri
Cinayət mühakimə icraatında tutulmuş və ya həbs edilmiş şəxslərə prosessual sənədin verilməsi barədə
QƏBZ
Azərbaycan Respublikasının ___________________________________
______________________________________________________________________________________________________________________
(həbs yerlərinin adı, həbs yerlərinin müdiriyyətinin (rəislərinin)
soyadı, adı, atasının adı)
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _____maddəsi (maddələri) ilə tutulmuş və ya həbs edilmiş ___________________________________
(tutulmuş və ya həbs edilmiş şəxsin soyadı, adı, atasının adı)
___________________________________________________________ (cinayət prosesini həyata keçirən orqanın adı, təhqiqatçı, müstəntiq, prokuror və ya hakimin soyadı, adı, atasının adı, vəzifəsi)
____________ tarixli ___________ nömrəli ________________________
(prosessual sənədin adı)
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-1.7-ci maddəsinin tələblərinə uyğun olaraq ______________________________
(tutulmuş və ya həbs edilmiş şəxsin soyadı,
adı, atasının adı)
çatdırılması üçün Sizə göndərilir.
______________________________________________________________________________________________________________________ (prosessual sənədin verilmə vaxtı (tarix və saat)
_____________________________________________________________________________________________________________________
(prosessual sənədin verilməməsinin səbəbləri)
______________________________________________________________________________________________________________________
(prosessual sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası)
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 161.1.7-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin ünvanına daxil olan prosessual sənədlərin surətləri həmin sənədlərin daxil olduğu gün, sənədlər gecə vaxtı daxil olmuşdursa, səhər saat 12-dək onlara təqdim edilməlidir.
Qoşma: prosessual sənədin surəti.
İmza: