Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 116 Bakı şəhəri, 5 mart 2024-cü il

“Azərbaycan Respublikası Prezidentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli, “Azərbay­can Respublikası İnzibati Xətalar Mə­cəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qa­nununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İcra mə­murları haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respub­likasının 2021-ci il 23 aprel tarixli 299-VIQD nömrəli Qanununun tətbiqi və “İcra məmurları haqqında” Azərbay­can Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanında dəyi­şiklik edilməsi haqqında” 2021-ci il 24 may tarixli 1344 nömrəli, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sər­vətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 27 aprel tarixli 1670 nömrəli və “Milli arxiv fondu haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərma­nında dəyişiklik edilməsi haqqında” 2022-ci il 18 avqust tarixli 1812 nöm­rəli fərmanlarında dəyişiklik edilmə­si barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2385 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Prezi­dentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli, “Azərbaycan Respublikası İnzi­bati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nöm­rəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İcra mə­murları haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 299-VIQD nöm­rəli Qanununun tətbiqi və “İcra məmur­ları haqqında” Azərbaycan Respublika­sı Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqın­da” 2021-ci il 24 may tarixli 1344 nömrə­li, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyə­tinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 27 aprel tarixli 1670 nömrəli və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunun­da dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında də­yişiklik edilməsi haqqında” 2022-ci il 18 avqust tarixli 1812 nömrəli fərmanların­da dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2385 nömrəli Fərma­nının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarının (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 189 (Cild I) 1-1-ci hissəsi ləğv edilsin.

2. “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfin­dən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqın­da işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2016-cı il 18 noyabr ta­rixli 466 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1954 (Cild I) 10-cu hissəsi ləğv edilsin.

3. “İnzibati xəta haqqında iş üzrə ic­raat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası”nın və “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş nar­kotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitari­ya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məh­sulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2017-ci il 18 de­kabr tarixli 564 nömrəli Qərarında (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2512 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 17 nömrəli və 23 yanvar tarixli 38 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilmə­si Qaydası”nın 3-cü hissəsi ləğv edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş nar­kotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitari­ya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsul­ların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası”nın 3-cü his­səsi ləğv edilsin.

4. “Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edil­məklə yanaşı, alkoqolizm və ya narko­maniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomani­yadan müalicəyə ehtiyacı olan şəxslə­rin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2021-ci il 17 noyabr tarixli 354 nömrəli Qərarının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2021, № 11, maddə 1277 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

5. “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2022-ci il 21 noyabr tarixli 416 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2022, № 11, maddə 1353 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. “Geodeziya və Kartoqrafiya Agent­liyi” publik hüquqi şəxsin Nizamnaməsi”­nin təsdiq edilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli 425 nömrəli Qərarının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1361 (Cild I) 2-ci hissəsi ləğv edil­sin.

7. “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qay­dası”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qə­rarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2023, № 5, maddə 730 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

8. “Ödənişli arxiv xidmətlərinin siya­hısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edil­məsi haqqında” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli 251 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 1090 (Cild I); Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli Qəra­rı) 2-ci hissəsi ləğv edilsin.

9. “Dövlət arxiv xidməti işçilərinin sosi­al müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesa­bına köçürülən vəsaitdən istifadə Qayda­sı”nın təsdiq edilməsi barədə” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli 252 nömrəli Qə­rarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2023, № 7, maddə 1091 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları