Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 115 Bakı şəhəri, 5 mart 2024-cü il

Sərbəst olmayan istehlakçıya elektrik enerjisinin veril­məsinin dayandırılmasına əsas verən müddətin müəyyən edilməsi haqqında

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Sərbəst olmayan istehlakçıya elektrik enerjisinin veril­məsinin dayandırılmasına əsas verən müddət bir ay müəyyən edilsin.

2. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları