Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 117 Bakı şəhəri, 5 mart 2024-cü il

“Təhsil haqqında” və “Dövlət rü­sumu haqqında” Azərbaycan Res­publikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezi­dentinin “Azərbaycan Respublikası­nın Təhsil Nazirliyi haqqında Əsas­namənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Azərbaycan Respubli­kası Dövlət Gömrük Komitəsinin Aka­demiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2013-cü il 8 iyul tarixli 939 nömrəli, “Bakı Xoreoqrafi­ya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Azər­baycan Turizm və Menecment Uni­versitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 de­kabr tarixli 710 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”­nin təsdiq edilməsi haqqında” 2016-cı il 4 avqust tarixli 1007 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart ta­rixli 1532-VQ nömrəli Qanununun tət­biqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanında dəyi­şiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2387 nömrəli Fər­manının icrası ilə əlaqədar Azərbay­can Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanunu­nun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası­nın Təhsil Nazirliyi haqqında Əsasnamə­nin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin təs­diq edilməsi haqqında” 2013-cü il 8 iyul tarixli 939 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizam­naməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizam­naməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 4 avqust tarixli 1007 nömrəli və “Ümumi təhsil haqqında” Azərbay­can Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tət­biqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilmə­si haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 14 dekabr tarixli 2387 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətlə­ri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödənilə­cək haqların məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2020-ci il 24 dekabr ta­rixli 507 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1608 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

2. “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrü­bənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2020-ci il 24 de­kabr tarixli 508 nömrəli Qərarının (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1609 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları