Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 114 Bakı şəhəri, 29 fevral 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoru­ğunun xüsusi rejimi haqqında Əsas­namə”də və 2017-ci il 8 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “Av­tomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yol­ların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkə­ti haqqında” Azərbaycan Respublika­sı Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 noyabr tarixli 2365 nömrəli Fərmanına əsasən Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2013, № 10, maddə 1206 (Cild I) ilə təsdiq edilmiş “Qala” Dövlət Tarix-Etnoq­rafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”nin 2.22-ci bəndində “Azər­baycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşı-sında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldı­rır” sözləri “onların hərəkətini məhdudlaş­dırır və ya qadağan edir” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 297 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühən­dis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaş­dırılması Qaydası”nın 1.6-cı bəndindən “(fövqəladə hadisələr, habelə qəza təh­lükəsinin aradan qaldırılması ilə bağlı iş­lərin görülməsi zərurəti ilə əlaqədar hallar istisna olmaqla)” sözləri çıxarılsın və hə­min bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təh­lükəsizliyi Komissiyası” sözləri “Azərbay­can Respublikasının Daxili İşlər Nazirli­yi (nəqliyyat vasitələrinin hərəkəti tarix və mədə-niyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda ─ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəyi əsasında), tabeliyindəki dövlət qoruqla­rının ərazilərində Azərbaycan Respub­likasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqra­fiya qoruqlarının ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları