Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 87 Bakı şəhəri, 13 fevral 2024-cü il

“Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olma­sına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarında dəyişiklik edil­məsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, mad­də 56 (Cild I) 1-ci hissəsinin səkkizinci abzası aşağıdakı redaksiyada verilsin:

“- tədris prosesində və ya təhsil müəs­sisələrinin tədris-istehsalat və xidmət sahələrində istehsal edilmiş məhsulların satışı, iş və xidmətlərin göstərilməsi;”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları