Ermənistanın təxribatları sülh prosesinə təhdiddir

post-img

Fevralın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin perspektivləri müzakirə olu­nub.

Nazir Ceyhun Bayramov 5 ay sa­bitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluq­çusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prose­sinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Bununla yanaşı, Avropa İttifaqının Ermənistandakı missiyasının regional sabitlik, habelə Azərbaycanla Ermə­nistan arasında etimad quruculuğu­na töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şə­kildə sui-istifadə olunmasının, onların apardığı “binokl diplomatiyasının” qə­buledilməzliyi diqqətə çatdırılıb.

Sülh sazişi layihəsinə gəldikdə Er­mənistanın Konstitusiyasında, qanun­vericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bü­tövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vur­ğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər