Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 76 Bakı şəhəri, 8 fevral 2024-cü il

“Azərbaycan Milli Elmlər Akademi­yasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Pre­zidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabine­tinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Milli Elmlər Akademi­yasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Pre­zidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373 (Cild I) ilə təsdiq edilmiş “Tor­paqların monitorinqinin aparılması qaydala­rı haqqında Əsasnamə”nin 4-cü hissəsinin birinci abzasına “Azərbaycan Respublika­sının İqtisadiyyat Nazirliyi,” sözlərindən sonra ”Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 556 (Cild I) ilə təsdiq edilmiş “Ba­lıqçılıq su obyektlərinə zərərli təsirin yol ve­rilən normaları”nın 15-ci hissəsinə “Azər­baycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və” sözləri əlavə edilsin və həmin hissədən “və Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, mad­də 360 (Cild I) ilə təsdiq edilmiş “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işləri­nin aparılmasına icazə verilməsi Qaydası”­nın 8-ci hissəsinin ikinci cümləsinə “xüsusi hallarda” sözlərindən sonra ”Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin,” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 564 (Cild I) ilə təsdiq edilmiş “Eko­loji təhlükəsizlik normativləri və vəhşi hey­vanların əldə edilməsi Limitləri”nin III böl­məsinin 6-cı hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “Azərbay­can Respublikası Elm və Təhsil Nazirliyi­nin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 572 (Cild I) ilə təsdiq edilmiş “Azər­baycan Respublikasının “Qırmızı Kitabı” haqqında Əsasnamə”də aşağıdakı dəyişik­liklər edilsin:

5.1. I bölmənin 3-cü hissəsində və V bölmənin 1-ci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.2. I bölmənin 4-cü hissəsində “Azər­baycan Milli Elmlər Akademiyasının” söz­ləri “Azərbaycan Respublikası Elm və Təh­sil Nazirliyinin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 141 (Cild I) ilə təsdiq edilmiş “Ət­raf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanla­rının təsnifatı”nın 3-cü hissəsinin altıncı abzasında “Azərbaycan Milli Elmlər Aka­demiyası” sözləri “Azərbaycan Respubli­kasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.

7. “Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilən heyvan­ların mühafizəsi və istifadəsi Qaydaları” və “Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdud­larından kənara aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 100 nömrəli Qərarında (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin: 

7.1. həmin Qərarla təsdiq edilmiş “Xü­susi mühafizə olunan heyvan növlərinin si­yahısına daxil edilən heyvanların mühafizə­si və istifadəsi Qaydaları” üzrə:

7.1.1. I bölmənin 2-ci hissəsində “Azər­baycan Milli Elmlər Akademiyası” sözləri “Azərbaycan Respublikasının Elm və Təh­sil Nazirliyi” sözləri ilə əvəz edilsin;

7.1.2. III bölmənin 5-ci hissəsinə “Azər­baycan Milli Elmlər Akademiyasının” söz­lərindən əvvəl “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və” sözləri əlavə edilsin;

7.2. həmin Qərarla təsdiq edilmiş “Hey­vanlar aləmi obyektlərinin Azərbaycan Res­publikasına gətirilməsi və onun hüdudların­dan kənara aparılması Qaydaları” üzrə:

7.2.1. 1.4-cü bəndə “Azərbaycan Res­publikası Kənd Təsərrüfatı Nazirliyinin” sözlərindən sonra “, Azərbaycan Respub­likası Elm və Təhsil Nazirliyinin” sözləri əlavə edilsin;

7.2.2. 2.2-ci bəndin “ç)” abzasında “Kənd Təsərrüfatı Nazirliyinin və Milli Elmlər Akademiyasının” sözləri “Azərbay­can Respublikası Kənd Təsərrüfatı Nazirli­yinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin;

7.2.3. 2.9-cu bəndə “Milli Elmlər Aka­demiyasının” sözlərindən əvvəl “Azərbay­can Respublikası Elm və Təhsil Nazirliyi­nin və Azərbaycan” sözləri əlavə edilsin və həmin bənddə “rəyi” sözü “rəyləri” sözü ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759 (Cild I) ilə təsdiq edilmiş “Vəhşi heyvanların təsərrüfat subyektləri tərəfin­dən yetişdirilib ov yerlərinə buraxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. II bölmənin 18-ci abzasında “Mil­li Elmlər Akademiyasının” sözləri “Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin;

8.2. 3.1-ci və 3.6-cı bəndlərdə “Milli Elmlər Akademiyasının” sözləri “Elm və Təhsil Nazirliyinin aidiyyəti elmi müəs­sisəsinin və təşkilatlarının” sözləri ilə əvəz edilsin.

9. “Nərə cinsli balıq ehtiyatlarının is­tifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2005-ci il 9 noyabr tarixli 206 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1066 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2-ci hissədə “Milli Elmlər Akade­miyasına” sözləri “Elm və Təhsil Nazirli­yinə” sözləri ilə əvəz edilsin;

9.2. həmin Qərarla təsdiq edilmiş “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və döv­riyyəsinin tənzimlənməsi Qaydaları”nın 2.1-ci bəndinin altıncı abzasında “Azərbay­can Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenk­laturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericilik­lə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəti­cələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxla­maları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarə­ti həyata keçirən icra hakimiyyəti orqanları­nın Siyahısı”nın “1D; 1E” bölməsinin 3-cü sütununda “Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyul tarixli 169 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 637) ilə təsdiq edilmiş “Təbiət abi­dələrinin və onların yerləşdiyi ərazilərin təşkili Qayda-ları”nın 5-ci hissəsinin ikinci cümləsinə “Azərbaycan Milli Elmlər Aka­demiyasının” sözlərindən əvvəl “Azərbay­can Respublikası Elm və Təhsil Nazirliyinin və” sözləri əlavə edilsin və həmin cümlədə “rəyi” sözü “rəyləri” sözü ilə əvəz edil­sin. 

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 915 (Cild I) ilə təsdiq edilmiş “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasın­da Elektrik enerjisinin satınalınma Müqa­viləsi”nin 13.3-cü bəndinə “İqtisadiyyat Nazirliyi,” sözlərindən sonra “Elm və Təh­sil Nazirliyi,” sözləri əlavə edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 669 (Cild I) ilə təsdiq edilmiş “Ra­yonlaşdırılmamış arı cinslərinin Azərbay­can Respublikasının ərazisinə gətirilməsi Qaydası”nın 5-ci hissəsində “Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Res­publikası Elm və Təhsil Nazirliyinin” sözlə­ri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 159 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 768 (Cild I) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatının elmi tə­minatının həyata keçirilməsi Qaydaları”nın 2.1-ci bəndində və 2.4-cü bəndinin birinci abzasında “Azərbaycan Milli Elmlər Aka­demiyası” sözləri “Azərbaycan Respubli­kasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.

15. “Azərbaycan Milli Elmlər Akademi­yasının Gəncə bölməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazir­lər Kabine-tinin 2013-cü il 8 oktyabr tarixli 293 nömrəli Qərarının (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1212) 2-ci hissəsindən “, Bi­oresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun” sözləri çıxarılsın. 

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 203 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 974 (Cild I) ilə təsdiq edilmiş “Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qayda­sı”nın 3.3-cü bəndinə “Azərbaycan Respub­likası Kənd Təsərrüfatı Nazirliyini,” sözlə­rindən sonra “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyini və” sözləri əlavə edilsin və həmin bənddən “, Azərbaycan Milli Elmlər Akademiyasını” sözləri çıxa­rılsın.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 204 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 975 (Cild I) ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının iqlimləşdirilmə­si və iqlimləşdirilmə obyektlərinin daşın­ması Qaydaları”nın 2.3-cü bəndində “Azər­baycan Milli Elmlər Akademiyasını” sözləri “Azərbaycan Respublikasının Elm və Təh­sil Nazirliyini” sözləri ilə əvəz edilsin.

18. “Azərbaycan Milli Elmlər Akademi­yasında elmi tədqiqatların maliyyələşdiril­məsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2020-ci il 3 oktyabr tarixli 375 nömrəli Qərarında (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1264) aşağıdakı dəyişikliklər edilsin:

18.1. adında və 1-ci hissədə “Azərbay­can Milli Elmlər Akademiyasında elmi” sözləri “Elmi” sözü ilə, “AMEA-nın” söz­ləri isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki” sözləri ilə əvəz edilsin;

18.2. preambulada və 2-ci hissədə ismin müvafiq hallarında “Azərbaycan Milli Elm­lər Akademiyası” sözləri ismin müvafiq hal­larında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

18.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası” üzrə:

18.3.1. adında “Azərbaycan Milli Elm­lər Akademiyasında elmi” sözləri “Elmi” sözü ilə, “AMEA-nın” sözləri isə “Azərbay­can Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki” sözləri ilə əvəz edilsin;

18.3.2. 1.1-ci bənddə “Azərbaycan Mil­li Elmlər Akademiyasında elmi” sözləri “Elmi” sözü ilə, “AMEA-nın İqtisadiyyat İnstitutunda” sözləri “Azərbaycan Respub­likası Elm və Təhsil Nazirliyinin tabeliyin­dəki İqtisadiyyat İnstitutunda (bundan sonra – İnstitut)” sözləri ilə, “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiy­yat İnstitutunun (bundan sonra – İnstitut) və” sözləri isə “İnstitutun, habelə” sözləri ilə əvəz edilsin;

18.3.3. 3.1-ci bənddə “AMEA” akro­nimi “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

18.3.4. 3.2-ci bənddə “AMEA-nın Rə­yasət Heyəti” sözləri “Azərbaycan Respub­likasının Elm və Təhsil Nazirliyi ilə razılaş­dırmaqla İnstitut” sözləri ilə əvəz edilsin;

18.3.5. 3.4-cü bənddə “AMEA” akroni­mi “dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin;

18.3.6. 3.6-cı bənddə “AMEA-nın Rə­yasət Heyətinə” sözləri “Azərbaycan Res­publikasının Elm və Təhsil Nazirliyinə” sözləri ilə əvəz edilsin;

18.3.7. 4.6-cı bənddə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə uyğun olaraq öz əməkdaşla­rından, AMEA-nın digər elmi müəssisələ­rinin” sözləri “öz əməkdaşlarından, digər elmi müəssisələrin” sözləri ilə əvəz edilsin;

18.3.8. 4.7-ci bənddə “AMEA-nın Rə­yasət Heyətinə” sözləri “Azərbaycan Res­publikasının Elm və Təhsil Nazirliyinə” sözləri ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 103 (Cild I) ilə təsdiq edilmiş “Star­tapın müəyyən olunması meyarları”nda aşa­ğıdakı dəyişikliklər edilsin:

19.1. aşağıdakı məzmunda 3.9.2-1-ci yarımbənd əlavə edilsin:

“3.9.2-1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən – 2 nəfər;”;

19.2. 3.9.5-ci yarımbənd ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları