Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 78 Bakı şəhəri, 8 fevral 2024-cü il 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 931-VIQD nöm­rəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabine­tinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişik­lik edilməsi barədə” Azərbaycan Respubli­kasının 2023-cü il 24 iyun tarixli 931-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195 (Cild I) ilə təsdiq edilmiş “Mexaniki nəq­liyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyya­tından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə aşağı­dakı məzmunda 5.1-1-ci və 5.1-2-ci bəndlər əlavə edilsin:

“5.1-1. “Tullantılar haqqında” Azər­baycan Respublikasının Qanunu ilə müəy­yənləşdirilmiş qaydada utilizasiyaya ve­rilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlara müraciət edilir. Müraciət qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində həmin orqan tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxa­rılması və ya aşağıdakı hallardan hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarıl­masından imtina barədə qərar qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlu­mat verilir:

1) nəqliyyat vasitəsinin inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya ci­nayət-hüquqi tədbir qismində xüsusi müsa­dirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

2) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində icrası təxirə salınmamış və ya ic­rasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydala­rı əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;

3) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində hərəkət təhlükəsizliyi və nəqliy­yat vasitələrinin istismarı qaydaları əley­hinə olan cinayətlər üzrə cəza və ya digər cinayət-hüquqi tədbirlər qismində cərimənin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;

4) nəqliyyat vasitəsi üzərində həbs və ya yüklülük olduqda;

5) dövlət müəssisə, idarə və təşkilatları­na, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus olan nəq­liyyat vasitələrinin silinməsinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada rəy verilmədikdə.

5.1-2. Nəqliyyat vasitələri utilizasiyaya “Tullantılar haqqında” Azərbaycan Respub­likası Qanununun 14-7-ci maddəsinin birin­ci hissəsinin üçüncü abzasına uyğun olaraq dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən verildikdə, bu Əsasnamənin 5.1-1-ci bəndinin 1-ci, 4-cü və 5-ci yarımbənd­lərinin tələblərinə əməl olunmaqla, həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu zaman bu Əsasnamənin 5.1-1-ci bəndinin 2-ci və 3-cü yarımbəndlərində nəzərdə tutu­lan ödənilməmiş cərimələrin olması nəqliy­yat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına mane olmur.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196 (Cild I); Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2024-cü il 25 yanvar tarixli 44 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəq­liyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bəndin beşinci abzasına və 3.2-ci bəndin 4-cü yarımbəndinə “dövlət rü­sumunun” sözlərindən sonra “və “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qa­nununa uyğun olaraq müəyyən edilən utiliza­siya haqqının” sözləri əlavə edilsin;

2.2. 1.6-cı bəndə “dövlət rüsumu,” sözlə­rindən sonra “Tullantılar haqqında” Azərbay­can Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqı,” sözləri əlavə edilsin.

3. Bu Qərarın 1-ci hissəsi 2024-cü il sent­yabrın 1-dən, 2-ci hissəsi isə 2024-cü il fev­ralın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları