Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 62 Bakı şəhəri, 31 yanvar 2024-cü il

“Nəqliyyat vasitələrinin utilizasi­yası fondunun vəsaitinin formalaşdı­rılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanu­nunun tətbiqi və “İstehsalat və məişət tul­lantıları haqqında” Azərbaycan Respubli­kası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 iyul tarixli 2253 nömrəli Fər­manının 2.1.3-cü yarımbəndinin 2-ci ab­zasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nəqliyyat vasitələrinin utilizasiya­sı fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının layihələ­rinin hazırlanması, razılaşdırılması, qə­bul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları