Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 40 Bakı şəhəri, 24 yanvar 2024-cü il

“Azərbaycan Respublikasının Döv­lət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu­nun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edil­məsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 aprel tarixli 175 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkə­zi publik hüquqi şəxsin strukturunun, işçilə­rinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2019-cu il 17 aprel tarixli 175 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2019, № 4, maddə 768 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına “say həddinin” sözlərindən sonra “, onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin)” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Azərbaycan Respublikasının Döv­lət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, və­zifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər)” təsdiq edilsin (əlavə olunur).”; 

1.3. 3-cü hissədə “10080 (on min sək­sən)” sözləri “31466 (otuz bir min dörd yüz altmış altı)” sözləri ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkə­zi publik hüquqi şəxs bu Qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları