Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 31 Bakı şəhəri, 19 yanvar 2024-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanma­sı, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 742-VIQD nömrəli Qa­nununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, he­sablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənil­məsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.9-cu bənd aşağıdakı redaksiya­da verilsin:

“2.9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-2-ci maddəsinə əsasən əmək pen­siyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumun­dan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizə­çidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İn­formasiya Sistemi vasitəsilə əldə edil­məsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sor­ğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

2. 3.2-ci bəndin birinci cümləsinə “aradan qaldırılması” sözlərindən son­ra “(bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları