Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 375 Bakı şəhəri, 21 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika­sı Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2001-ci il 1 mart tarixli 52 nömrəli, “Vətəndaşlıq vəziy­yəti aktlarının dövlət qeydiyyatı Qay­dası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 31 oktyabr tarixli 145 nöm­rəli və “Adın, ata adının və soyadın ve­rilməsi və dəyişdirilməsi Qaydaları”­nın təsdiq edilməsi barədə” 2011-ci il 12 may tarixli 79 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Azərbaycan Res­publikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­li-kasının 2022-ci il 20 dekabr tarixli 739-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209; 2002, № 3, maddə 148, № 10, maddə 635; 2005, № 7, maddə 678; 2006, № 5, maddə 472, № 10, mad­də 902; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1360; 2014, № 12, maddə 1662; 2017, № 12 (II kitab), maddə 2526; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 8, maddə 1478; 2020, № 6, maddə 804, № 11, maddə 1417, № 12 (V kitab), maddə 1584; 2021, № 10, maddə 1185; 2022, № 7, maddə 820, № 8, maddə 974; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 iyul tarixli 243 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vətən­daşlıq vəziyyəti akt qeydlərində dəyişik­lik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”da aşağıdakı də­yişikliklər edilsin: 

1.1. 8-ci bəndin birinci cümləsinə, 18-ci bəndin birinci abzasının birinci cümləsinə və 28-ci bəndin birinci abzasının birinci cümləsinə “təqdim olunmuş” sözlərindən sonra “(bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.2. 18-ci bəndin ikinci abzasına “təq­dim etdiyi” sözlərindən sonra “(bu Qay­danın “Qeyd”inin tələbləri nəzərə alın­maqla)” sözləri əlavə edilsin;

1.3. 26-cı bəndin ikinci abzasına “mə­lumatlar” sözündən sonra “(bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.4. “Qeyd.” aşağıdakı redaksiyada verilsin:

“Qeyd. Bu əsas müddəalara uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlə­rində dəyişiklik edilməsinə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpasına və ləğv olunmasına əsas verən sənədlərin (ləğv edilməli şəhadətnamələr istisna olmaqla) Elektron Hökumət İnforma-si­ya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqa­nından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2003, № 10, maddə 627; 2005, № 7, maddə 678; 2006, № 2, maddə 185, № 4, maddə 378, № 5, maddə 470, № 9, maddə 819, № 10, maddə 902; 2007, № 5, maddə 546, № 10, maddə 1026; 2008, № 2, maddə 114; 2010, № 7, maddə 700; 2011, № 7, maddə 737; 2012, № 2, maddə 178, № 11, maddələr 1203, 1212, № 12, maddə 1359; 2013, № 3, maddə 348, № 5, maddə 580; 2014, № 5, maddə 554, № 8, maddə 1005; 2015, № 5, maddə 669; 2016, № 2 (II kitab), maddə 389, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 7, maddə 1499, № 12 (II kitab), maddə 2525; 2018, № 12 (II kitab), mad­də 2760; 2019, № 3, maddə 516, № 4, maddələr 763, 781, № 8, maddə 1478; 2020, № 3, maddə 369, № 9, maddə 1206, № 10, maddələr 1273, 1304; 2021, № 2, maddə 207, № 3, maddə 274, № 9, maddə 1069; 2022, № 4, maddə 423, № 7, maddə 820, № 8, maddə 974; Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 19 iyul tarixli 232 nömrəli, 27 iyul tarixli 243 nömrəli və 1 avqust tarixli 256 nömrəli qərarları) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda aşağıdakı dəyi­şikliklər edilsin:

2.1. 1.7-ci bənd üzrə:

2.1.1. ikinci cümlə aşağıdakı redaksi­yada verilsin:

“Vətəndaşlıq vəziyyəti aktlarının döv­lət qeydiyyatı nəticəsində hüquqi əhəmiy­yətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə mü­vafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.”; 

2.1.2. üçüncü cümlə dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bu sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında mü­vafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən tə­min edilir.”;

2.2. 1.12-ci bəndin ikinci abzasında “Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS)” sözləri “EHİS” akronimi ilə əvəz edilsin;

2.3. 2.2-ci bəndin beşinci abzasının birinci cümləsinə (ikinci halda) “barədə” sözündən sonra “məlumatlar” sözü əlavə edilsin, “informasiya sistemindən” sözləri “informasiya sistemində mövcud olduqda müvafiq məlumatlar həmin informasiya sistemindən” sözləri ilə əvəz edilsin;

2.4. 2.2-1-ci bənd üzrə:

2.4.1. birinci abzasına “təqdim olun­muş” sözlərindən sonra “(bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələ­rinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.4.2. üçüncü abzasın birinci cümlə­sinə “sənəd” sözündən sonra “(bu Qay­danın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.5. 2.5-ci bəndə, 2.7-ci bəndin ikinci cümləsinə, 6.11-ci bəndə ismin müvafiq hallarında olan “sənədlər” sözündən son­ra “(bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alın­maqla)” sözləri əlavə edilsin;

2.6. 2.7-1-ci bəndə “təqdim edilməsi” sözlərindən sonra “(bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.7. 3.6-cı bəndə “təqdim etdikdə” sözlərindən sonra “(bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 451; 2012, № 12, maddə 1361; 2013, № 5, maddə 589, № 10, maddə 1205; 2018, № 8, maddə 1800; 2022, № 7, maddə 820, № 8, maddə 974; Azər­baycan Respublikası Nazirlər Kabineti­nin 2023-cü il 27 iyul tarixli 243 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Adın, ata adı­nın və soyadın verilməsi və dəyişdiril­məsi Qaydaları”nın “Qeyd”i ləğv edilsin və aşağıdakı məzmunda 6.9-1-ci bənd əlavə edilsin:

“6.9-1. Bu Qaydaların 6.9-cu bəndin­də nəzərdə tutulan sənəd-lərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumun­dan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizə­çidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sor­ğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları