№ 349 Bakı şəhəri, 28 sentyabr 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 iyun tarixli 3920 nömrəli Sərəncamının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1354, № 9, maddə 1909; 2019, № 2, maddə 352, № 4, maddə 754, № 8, maddə 1462; 2020, № 6, maddə 793, № 9, maddə 1235; 2023, № 2, maddə 316) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 2.8-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:
“2.9. “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

