Nazirlər Kabinetinin QƏRARI

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2010, № 6, maddə 561; 2012, № 12, maddə 1345; 2014, № 4, maddə 451; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 665, № 12 (II kitab), maddə 2534; 2018, № 11, maddə 2431; 2020, № 3, maddə 341, № 5, maddə 650, № 12 (V kitab), maddə 1605; 2021, № 2, maddə 205, № 6 (IV kitab), maddə 664; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinin birinci abzasına aşağıdakı məzmunda beşinci-səkkizinci cümlələr əlavə edilsin:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunduqdan sonra əsas təhsil proqramlarının icrasına başlamazdan əvvəl bütün təhsilalanlara, yaxud komandanlığın qərarı ilə təhsilalanların bir qisminə xarici dillərin dərindən öyrədilməsi və zəruri olan digər fənlərin əsaslarının tədrisi məqsədilə Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə 1 (bir) tədris ili müddətində hazırlıq kursu təşkil edilir. Hazırlıq kursunun proqramını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir. Bilik və bacarıqların qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Kursun proqramını bu və ya digər səbəblərdən yerinə yetirməyən və ya müvəffəqiyyət qazanmayan təhsilalan xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilir.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 sentyabr 2023-cü il

№ 335

Nazirlər kabinetinin qərarları