Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 233 Bakı şəhəri, 19 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika­sının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Dezoksiribonuk­lein turşusu (DNT) analizinin aparılma­sı üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”­nın təsdiq edilməsi barədə” 2019-cu il 22 aprel tarixli 188 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Mə­cəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Res­publikasının Cinayət-Prosessual Mə­cəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqın­da”, “Azərbaycan Respublikasında döv­lət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunların­da dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarix­li 776-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2018-ci il 11 oktyabr tarixli 440 nöm­rəli Qərarında (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, mad­də 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, mad­də 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, mad­dələr 1403, 1408, № 12 (V kitab), mad­dələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, mad­dələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11, maddələr 1256, 1274, 1280, 1283; 2022, № 1, maddələr 53, 70, № 4, maddələr 377, 388, 398, 415, № 5, maddə 577, № 7, maddə 811, № 8, maddə 1026, № 9, maddələr 1085, 1101, № 10, maddə 1210, № 12, maddə 1552; 2023, № 2, maddə 320, № 4, maddə 588; Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 may tarixli 170 nömrəli Qəra­rı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərc­lərinin funksional təsnifatına əlavə”nin “3.5.0. “Hüquqi yardım” köməkçi bölmə­sinə “tanınmış” sözündən sonra “, həm­çinin cinsi istismar və ya cinsi zorakılıq qurbanı olmuş və cinayət prosesində öz hüquqlarını müstəqil həyata keçirən və pulsuz hüquqi yardım göstərilməsini tələb edən uşaqlara xidmət göstərən” sözləri əlavə edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “222970. “Məhkəmə və mediasiya prose­si ilə bağlı xidmətlərin ödənilməsi” mad­dəsinin birinci cümləsində və “222971. “Hüquqi yardım” yarımmadəsində “ölmüş, zərər çəkmiş şəxsin” sözləri “ölmüş zərər çəkmiş şəxsin” sözləri ilə əvəz edilsin, “ta­nınmış” sözündən sonra “, həmçinin cinsi istismar və ya cinsi zorakılıq qurbanı ol­muş və cinayət prosesində öz hüquqlarını müstəqil həyata keçirən və pulsuz hüquqi yardım göstərilməsini tələb edən uşaqlara xidmət göstərən” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 188 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanun-vericilik Toplusu, 2019, № 4, maddə 779; 2020, № 11, maddə 1408) ilə təsdiq edilmiş “Dezoksiribonuklein turşu­su (DNT) analizinin aparılması üçün bi­oloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”nın 2.3.1-ci yarımbən­dinə və 3.4-cü bəndinə “əleyhinə cinayət” sözlərindən sonra “, o cümlədən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları