Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 203 Bakı şəhəri, 22 iyun 2023-cü il
“Dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin Siyahısı”nın təsdiq edilməsi haqqında
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 767-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2000 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2025-ci il 1 yanvar tarixinədək qüvvədədir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri