Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 99 Bakı şəhəri, 6 aprel 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda dəyişiklik edilməsi haqqında
“Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 11 oktyabr tarixli 608-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların və onların ailələrinin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında” 1992-ci il 4 iyun tarixli 827 nömrəli, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanlarında və “1941-1945-ci illər müharibəsində Qələbənin 60 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın təsdiq edilməsi haqqında” 2004-cü il 6 iyul tarixli 303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 12 noyabr tarixli 1878 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1534; 2020, № 11, maddə 1398) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 4.2.4-cü yarımbənddə “toxunulmaqla duyulan” sözləri “taktil” sözü ilə əvəz edilsin.
2. 4.10-cu bəndin beşinci cümləsində “toxunmaqla duyulan” sözləri “taktil” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri