Gürcüstanda fəaliyyət göstərən “Qanun” hüquqi yardım mərkəzinin baş direktoru Əli Bədirovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

“Qanun” hüquqi yardım mərkəzinin adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.

Sizin müdrik liderliyiniz, uzaqgörən siyasətiniz Azərbaycana böyük nailiyyətlər qazandırmış, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənmiş, nüfuzu artmışdır. Zati-alinizin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar hər bir azərbaycanlını hədsiz dərəcədə sevindirir və qürurlandırır.

Fürsətdən istifadə edərək, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də ürəkdən təbrik edirik. Ətrafınızda sıx birləşən Azərbaycan xalqının birlik və həmrəyliyinin daha da möhkəmlənəcəyinə inanırıq.

Allah Sizi və ailənizi qorusun! Var olun, cənab Prezident!

Hörmətlə,

 

Əli Bədirov

Gürcüstanda fəaliyyət göstərən “Qanun” hüquqi yardım

mərkəzinin baş direktoru

Məktublar