Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
İcazə verin, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım.
Siz Azərbaycan Respublikasının müasir tarixinin görkəmli şəxsiyyətisiniz. Uzaqgörən siyasətçi kimi mühüm keyfiyyətləriniz, geniş düşüncəniz və məqsədlərinizə çatmaqda əzmkarlığınız Azərbaycan Respublikasının Prezidenti kimi uğurlu fəaliyyətinizi müəyyən etmişdir.
Əminəm ki, müdrik lider və dövlət xadimi kimi istedadınız uzun illər ərzində Azərbaycan Respublikasını gücləndirəcək və inkişaf etdirəcəkdir.
Sizə möhkəm cansağlığı, gözəl ölkənizin zəhmətkeş xalqının rifahı naminə fəaliyyətinizdə tükənməz enerji və yeni böyük nailiyyətlər arzularımı qəbul etməyinizi xahiş edirəm.
Dərin hörmətlə,
İqor Makarov
“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti

