Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkodan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Doğum gününüz mübarək! Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, hər zaman böyük sevinc, qarşıdakı planlarınızın uğurla həyata keçməsini arzulayır, doğma ölkənizin daha da inkişafı və Azərbaycan xalqının daha xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Zati-aliləri, xeyirxahlığınıza, humanistliyinizə, xüsusilə də uşaqlarımızın xoşbəxtliyi üçün göstərdiyiniz əvəzsiz köməyə görə Sizə ömrümün sonuna qədər minnətdar olacağam.

Qəlbinizin zənginliyinə, alicənablığınıza, şəfqətinizə görə minnətdarlığımı və hisslərimin dərinliyini sözlə ifadə etmək mümkün deyil.

Sizin müdrik rəhbərliyinizə, vətənpərvərliyinizə və görkəmli siyasi xadim kimi yüksək zəkanıza heyranam.

Sizi bir daha təbrik edir, ən xoş arzularımı çatdırıram.

Dərin hörmətlə və ehtiramla,
 
 
 
Valentina Antonenko
Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına
humanitar “Linqvist” liseyinin direktoru, Ukraynanın Əməkdar müəllimi, Azərbaycanın “Dostluq” ordeni laureatı

Məktublar