Türkiyədə fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflıdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zat-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə ən dərin ehtiramımızı bildiririk.
Sizin Azərbaycan Respublikasının daha da inkişafına, beynəlxalq aləmdə nüfuzunun durmadan artmasına və ölkəmizin daha parlaq gələcəyinə yönəlmiş strateji hədəfləriniz daim yüksək qiymətləndirilir.
Sizin Müzəffər Ali Baş Komandan kimi qətiyyətiniz, möhkəm iradəniz və uzaqgörən siyasətiniz nəticəsində Vətən müharibəsində əldə olunan şanlı Zəfər xalqımızın milli qürurunu, birlik və həmrəylik ruhunu daha da gücləndirmişdir. 

Bu tarixi gün Azərbaycan dövlətinin gücünü, ordumuzun rəşadətini və xalqımızın yenilməzliyini bütün dünyaya bir daha nümayiş etdirmişdir.
Fürsətdən istifadə edərək Sizi xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıyan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirik. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı birliyə çağıran bu bayram milli kimliyimizin, mədəni irsimizin və birliyimizin rəmzidir. Həyata keçirdiyiniz siyasət dünya azərbaycanlılarının həmrəyliyini daha da möhkəmləndirmiş, diasporumuzun fəaliyyətinə yeni dinamika gətirmişdir. 

Sizin rəhbərliyinizlə ölkəmizin daha da inkişaf edəcəyinə inanırıq.
Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanımızın tərəqqisi naminə gördüyünüz böyük işlərdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
 
 
 
Arzuman Azaflı
Türkiyədə fəaliyyət göstərən Azaflı Sosial
Yardım və Mədəniyyət Dərnəyinin sədri

Məktublar