Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-alinizə və yaxınlarınıza möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
Əminliyimi bildirirəm ki, Sizin müdrik rəhbərliyinizlə ölkəniz daha da inkişaf edəcək, xalqınız ətrafınızda daha sıx birləşəcək və dünyada sülhün, dostluğun dəstəklənməsi, xüsusilə də Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi, mədəni və idman sahələrində əlaqələrin genişlənməsi üçün bundan sonra da səylərinizi əsirgəməyəcəksiniz.
Sizə Azərbaycanın tərəqqisi və xalqın rifahı naminə məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar, tükənməz enerji arzulayıram.
Hörmətlə,
Tetsuo Sato
Yaponiyada fəaliyyət göstərən Yerli İcmaların
Dirçəliş Fondunun sədri

