Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və Türk Dövlətləri Təşkilatının Katibliyinin heyəti adından səmimi-qəlbdən təbrik edim.
Bu il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Azərbaycanın tarixi və gözəl şəhəri olan Qəbələdə keçirilən 12-ci Zirvə görüşü çərçivəsində görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilatımız daha da güclənəcək və inkişaf edəcəkdir.
Təşkilatımız çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə cansağlığı və Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Kubanıçbek Ömüralıyev
Türk Dövlətləri Təşkilatının Baş katibi

