Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, həm şəxsi həyatınızda, həm də fəaliyyətinizdə uğurlar arzulayıram.
Əminəm ki, Xorvatiya və Azərbaycan xüsusi əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə səylərimizlə qarşılıqlı dostluğu və ikitərəfli əlaqələri möhkəmləndirməyə və dərinləşdirməyə davam edəcəkdir.
Sizə ən xoş arzularımı çatdırır, ölkənizin vətəndaşlarına tərəqqi və firavanlıq diləyirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Zoran Milanoviç
Xorvatiya Respublikasının Prezidenti

