Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Sizin rəhbərliyinizlə ölkəmiz 2025-ci ildə də qürur mənbəyi olan böyük uğurlar əldə etdi. Xüsusilə avqustun 8-də Vaşinqtonda, Ağ Evdə keçirilmiş tarixi görüşlər, Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və digər razılaşmaların əldə olunması xüsusi qeyd edilməlidir.
Azərbaycan Respublikasının beynəlxalq müstəvidə öz sözünü qətiyyətlə deməsi, milli maraqlarımızın ardıcıl şəkildə müdafiəsi və ölkəmizin dünya tərəfindən sülhsevər, güclü bir dövlət kimi qəbul edilməsi məhz Sizin siyasi iradəniz nəticəsində mümkün olmuşdur.
Bu il, həmçinin tarixi Zəfərimizin beş illiyini də böyük iftixar hissi ilə qeyd etdik.
Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında birlik möhkəmlənib, Vətən sevgisi daha da artıb. Biz, ABŞ-da yaşayan azərbaycanlılar bunu xüsusilə hiss edirik. Vətəndən uzaqda olsaq da, Sizin liderliyiniz bizim üçün qürur və güc mənbəyidir. Sizin həyata keçirdiyiniz siyasətə inamımız sarsılmazdır və biz bu yolda hər zaman yanınızdayıq.
Fürsətdən istifadə edərək “Konstitusiya və Suverenlik İli”nin sonu ərəfəsində Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, 2026-cı ildə Sizə yeni zəfərlər, xalqımıza davamlı sülh və firavanlıq diləyirik.
Hörmətlə,
Samir Novruzov
ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri

