Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuanidən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha da çox tərəqqi və rifah diləyirəm.

Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm.

Zati-aliləri, əziz Qardaşım, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

Qardaşınız,

 

Məhəmməd uld Şeyx əl-Qazuani

Mavritaniya İslam Respublikasının Prezidenti

Məktublar