Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Təbiətin canlanmasının və torpağın oyanışının rəmzi olan, Türk xalqlarının hər il qeyd etdikləri çoxəsrlik tarixə malik Novruz bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Qədim tariximizin və irsimizin bir parçası olan Novruz bayramı ortaq adət-ənələrimizin, mənəvi dəyərlərimizin qorunması və təşviqi, eləcə də Türk birliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Bu əlamətdar bayram münasibətilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.
Dərin hörmətlə,
Kubanıçbek Ömüralıyev
Türk Dövlətləri Təşkilatının Baş katibi